Toivo Klaar: Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb
08:32 20.11.2023
Siyasət
312
Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində bildirib.
Klaar “3+3” formatında görüşlərə toxunaraq deyib ki, buna problemləri olan region ölkələrinin birlikdə müzakirə formatı kimi baxır.
Onun sözlərinə görə, ilkin olaraq belə bir anlayış var idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, sülh müqaviləsi və iki ölkə arasında normallaşma bu formatda müzakirə mövzusu olmamalıdır.
Aİ nümayəndəsini fikrincə, əsas məsələ sülh prosesində irəliləyişin əldə olunmasıdır və məhz hansı platformada buna nail olunacağı az əhəmiyyət kəsb edir.
Toivo Klaar onu da əlavə edib ki, normallaşma prosesində ciddi irəliləyiş əldə olunmaması üçün hər hansı real səbəb yoxdur, çünki həllini tapmamış çox az sayda məsələ qalıb və onlar artıq bir neçə dəfə müzakirə olunub.
Klaar onu da vurğulayıb ki, buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə olunmaması üçün heç bir səbəb görünmür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə