Torpaqlarımızdan yadellilər yerli-dibli gedəcəklər
Yusif Nəzərli
08:56 21.04.2023
Siyasət
952
Rusiya sülhməramlılarının Azərbaycanda "at oynatma" düşüncəsinin süqutuna iki il qalır
“Biz Xankəndiyə, Ağdərəyə, Xocalıya, Xocavəndə "Böyük Qayıdış"ımızın son akkordlarını vuracaq və sevincini qeyd edəcəyik”
“Rusiya sülhməramlıları sülhə dəstək vermək əvəzinə Ermənistanın təxribatçı və qanunsuz əməllərinə göz yumur”. Bu sözləri “Şərq”ə açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı deyib.
G.Ağamalının fikrincə, son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində - Qarabağda qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribatlar kontekstində sülhməramlıların fəaliyyəti geniş müzakirə olunur: “Adından da göründüyü kimi, məramı sülhü təmin etmək olan hərbi kontingent bu təxribatların qarşısını almaq əvəzinə nəinki onlara göz yumur, hətta bir çox hallarda təxribatlara şərait yaradır. Faktiki olaraq, Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiya olunmasına mane olan, onları separatçılığa həvəsləndirən, qondarma qurumun himayəçisi rolunda çıxış edən Rusiya sülhməramlıları öz missiyalarını və funksiyalarını yerinə yetirə bilmirlər. Daha doğrusu, yerinə yetirmək istəmirlər və yerinə yetirmirlər”.
Ermənilərin Qarabağa qanunsuz hərbi yüklər daşımağa davam etdiyini vurğulayan AVP müşavirinin sözlərinə görə, Azərbaycanın bir neçə dəfə kəskin etiraz bildirməsinə rəğmən, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ermənilər “at oynadır”: “Düşünürəm ki, rus sülhməramlılarının missiyadan kənar fəaliyyəti həm də “missiyasını lazımınca yerinə yetirməməsi” ilə ölçülməlidir. Əslində bir az keçmişə, onilliklərə, yüzilliklərə nəzər yetirsək, bizə düşmən kəsilən ermənilərin və onların havadarlarının xalqımıza qarşı törətdikləri cinayətlərin kifayət qədər tarixi olduğunun şahidiyik və bununla bağlı yetərincə faktlar mövcuddur. Erməni doğulan uşaqlarına dərhal "Türk sənin düşmənindir" kimi məkirli ifadələrini öyrətməklə gələcəyə barbar, vandal, yırtıcı, qaniçən, psixoloji xəstə erməni yetişdirir. Əsrlərlə verilən bu "tərbiyə" ənənəyə çevrilib. Vandal ermənilərdən fərqli olaraq biz heç bir millətə, etnik qrupa fərq qoymayacaq səviyyədə tolerant, multikultral, bəşəri dəyərləri nəsildən-nəslə ötürürük.
Yaxşı, bəs rus sülhməramlılarının erməni yeniyetmələrinin əlinə silah verib Azərbaycan xalqına qarşı "dərs" keçməkdə niyyəti nədir? Cavab çox sadədir. Erməniyə havadarlıq etməklə erməni vasitəsilə Azərbaycan torpaqlarına sahib çıxmaq. Deməli, çıxarılan nəticə budur ki, əslində Rusiya sülhməramlıları mahiyyətcə məramı sülhsüzlərdir. Haqlı olaraq Azərbaycan ictimaiyyətində sual yaranır ki, rus sülhməramlıları Qarabağa sülhü qorumaq, yoxsa erməniləri himayə edib, onların dirçəlməsinə və növbəti dəfə baş qaldırmasına şərait yaratmaq üçün gəlib?
Onların da Azərbaycanda "at oynatma" düşüncəsinin süqutuna iki il qalır. İki il ərzində torpaqlarımızdan yadellilər yerli-dibli gedəcək, biz isə Xankəndiyə, Ağdərəyə, Xocalıya, Xocavəndə "Böyük Qayıdış"ımızın son akkordlarını vuracaq və sevincini qeyd edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya