Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilərlə bağlı çağırış edib
13:50 04.01.2023
Siyasət
475
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının üzvü Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilərlə bağlı çağırış edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı sosial media hesabında etdiyi paylaşımda hər kəsi respublikaçı Kevin Makkartini dəstəkləməyə çağırıb.
O, K.Makkartiyə inandığını vurğulayıb.
Qeyd edək ki, Respublikaçıların lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib. Makkartinin əsas rəqibi, demokratların namizədi Hakim Ceffris 212, respublikaçı liderin özü isə partiyasının aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 202 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazımdır.
Eyni zamanda, üçüncü turun nəticələrinə görə, ikinci və birinci turda 19 nəfərə qarşı liderini dəstəkləməyən respublikaçıların sayı 20-yə yüksəlib. Onların hamısı başqa bir partiyanın üzvünü - Cim Cordanı dəstəkləyib.
Bu dəfə də seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Nümayəndələr Palatasının iclası çərşənbə günü yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 21:00-da) davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat