Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək
19:24 04.09.2023
Siyasət
574
“İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətinin müzakirə və təsdiq üçün Türkiyə parlamentinə verilməsi rəsmi Stokholmun Ankaranı narahat edən məsələlərin həlli üçün atdığı konkret addımlardan asılıdır”.
Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş “A Haber” telekanalının efirində deyib.
“İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Lakin hazırda bunun kifayət edib-etməməsinə Xarici İşlər Nazirliyimiz və hökumətimiz qərar verəcək”, - o bildirib.
Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqlar apardığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir.
“Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Biz xaricdəki bu cür silahlı qrupların hakimiyyət tərəfdən heç bir halda müdafiə olunmamasını tələb edirik”, - o söyləyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Baş naziri Ulf Kristersson, NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə təşkilatın 11-12 iyul tarixlərində Vilnüsdə keçirilən sammiti ərəfəsində apardığı məsləhətləşmələrdən sonra Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı vetosunu geri götürməyə razılaşıb. Stokholm Ankaranın terrorçu elan etdiyi təşkilatlara dəstək verməyəcəyinə və Aİ-yə üzvlük məsələsində ona hər cür köməklik göstərəcəyinə söz verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm