Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək
Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək
13:42 24.04.2024
Siyasət
549
Türkiyənin Kosmik Agentliyi Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək.
Bu barədə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentliklərinin birgə üçüncü iclasından sonra “Report”a açıqlama verən Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç bildirib.
O, yeniyetmələr üçün kosmik düşərgələrin təşkili layihəsinə keçən ildən start verildiyini deyib: “Uşaqlar və gənclər üçün təşkil etdiyimiz kosmik düşərgələr çox maraqla qarşılandı. Buna çox önəm veririk. Çünki hesab edirəm ki, uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi bu kimi layihələrə cəlb etmək ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsini daha çox stimullaşdırır. Keçən il ilk layihəni həyata keçirdik. Bu il Qarabağ savaşı şəhidlərinin uşaqlarına da belə bir düşərgə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu layihəni gerçəkləşdirəcəyimizdən də ayrıca bir qürur duyuruq”.
Agentlik rəhbəri TDT üzvlərinin kosmik agentliklərinin birgə peyk layihəsi həyata keçirəcəklərini də vurğulayıb: “Türk dövlətləri arasında bu sahədə bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb ki, bu da onlardan biridir. Layihənin texniki tərəfləri iclas prosesində hərtərəfli müzakirə olunur. Biz tezliklə bu layihənin icrasına başlamaq istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya