Türkiyədə 2023-cü il seçkilərinin təqvimi açıqlandı
Yusif Nəzərli
09:10 23.12.2022
Siyasət
682
Türkiyədə 2023-cü ilin iyun ayında keçirilməli olan prezident və parlament seçkilərinin təqvimi barədə bəzi məqamlar bəlli olub.
Məlumata görə, seçki iyunun 18-də keçirilərsə, seçki təqvimi aprelin 24-də başlayacaq. Prezident seçkisinə namizədlər də may ayında müəyyənləşəcəklər.
Seçki prosesi yaxınlaşdıqca ən çox müzakirə edilən məsələlərdən biri də seçkilərin 2023-cü ilin mayında keçirilib-keçirilməməsidir. Ədalət və İnkişaf Partiyası imtahanlar, məktəblər və yay tətili səbəbilə seçkilərin may ayında keçirilməsini məqbul hesab edir. Lakin müxalifət bu tarixi dəstəkləməyəcəyi ilə bağlı bəyanat verib.
Türkiyə Böyük Millət Məclisində seçki qərarı 360 səslə qəbul edilməlidir. Əgər müxalifətə dəstək verilməzsə, prezidentin öz səlahiyyətlərindən istifadə edərək seçkiləri önə çəkəcəyi gözlənilir. Bu qərar ən geci 13 mart tarixinə qədər qəbul edilməli və rəsmi qəzetdə dərc edilməlidir.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi