Türkoloq-alim: Özbəkistan və Azərbaycan xalqı bir millətin övladlarıdır
11:23 23.08.2024
Siyasət
615
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gedib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular.Dövlətimizin başçısı vurğulayıb: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
İki ölkə arasındakı münasibətləri "Sherg.az"a dəyərləndirən AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli bildirib ki, son illər Azərbaycan bütün türk dövlətləri ilə geniş əməkdaşlıqlar edir:
"Xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində ən fəal dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandır. Azərbaycan təkcə Türkiyə ilə deyil, eyni zamanda Orta Asiyadakı türk dövlətləriylə də siyasi, iqtisadi, mədəni, hərbi, elmi və digər sahələrdə əməkdaşlıqlar edir. Əvvəl Azərbaycan daha çox Türkiyə ilə münasibətləri geniş şəkildə həyata keçirirdi. Ancaq indi bununla yanaşı Orta Asiyadakı türk dövlətləri də Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrdir. Bu Azərbaycanın mövcud coğrafi və siyasi cəhətdən məskunlaşdığı yerlə bağlıdır. Azərbaycan bir tərəfdən "Bir millət, iki dövlət" devizi ilə Türkiyə ilə münasibətlərini genişləndirir, digər tərəfdən isə başqa türk dövlətləri olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan və.s kimi ölkələr ilə əlaqələr qurur. Müəyyən mənada Türkmənistan ilə də əməkdaşlıqlarımız mövcuddur. Türk Dövlətləri Təşkilatı çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstana daha çox diqqət yetirilir. Axır vaxtlar isə Özbəkistan ilə münasibətlərimiz yüksək səviyyədədir. Çünki Şövkət Mirzəyev Özbəkistanda prezident seçildikdən sonra türk dövlətləri ilə əlaqələrini ən üst səviyyəyə qaldırılıb. Türk dövlətləri ilə Özbəkistanın yaratdığı əməkdaşlıq mühiti təqdirəlayiqdir. Azərbaycan isə bundan maksimum faydalanır. İlham Əliyevin Özbəkistan səfəri də sözügedən siyasətin tərkib hissəsidir. Özbəkistan və Azərbaycan əlaqələri tarixən müsbət meyarlar ilə ölçülüb. Özbəkistanda İlham Əliyevə münasibət və ikitərəfli əməkdaşlıqların genişlənməsi çox yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan və Özbəkistan arasındakı tarixi, mədəni, iqtisadi əlaqələr fonunda heç bir problem yoxdur. Əksinə olaraq burada hər iki ölkənin ortaq çıxarları var. Demək olar ki, Özbəkistan və Azərbaycan xalqı bir millətin övladlarıdır. Gələcəkdə də münasibətlərimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli şəkildə şübhəsiz ki, davam edəcək. Belə görüşlər Türk Dövlətləri Təşkilatının güclənməsini və dünyada real gücə çevrilməsini gücləndirəcək. Çox yaxın illərdə Azərbaycanın liderliyi ilə Türk Dövlətləri Təşkilatı dünyanın güclü mərkəzlərindən birinə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol