
Üç ölkənin birgə təlimləri İranı xilas etməyəcək - RƏY
Yusif Nəzərli
01:01 18.03.2025
Siyasət
376
Tehranın özündə də yaxşı bilirlər ki, nə Rusiya, nə də Çin İrana görə ABŞ ilə vuruşacaq
Rusiya, Çin və İranın hərbi gəmiləri İrana məxsus Çabahar limanı yaxınlığındakı sularda "Təhlükəsizlik əlaqəsi-2025" adı altında təlimlər keçirib. Təlimlərin məqsədi 3 ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi olsa da, şübhəsiz, əsas məqsəd İrana dəstək nümayişidir. ABŞ İranla nüvə məsələsi ilə bağlı danışıqlara başlamaq niyyətindədir.
Vaşinqtonun əsas məqsədi Tehrana öz tələblərini qəbul etdirməkdir. Ancaq İran rəhbərliyinin danışıqlara başlamaq üçün konkret tələbi var. Tehran hesab edir ki, ilk növbədə İran üzərinə qoyulmuş sanksiyalar götürülməlidir. Digər yandan İranın neft bazarına daxil olmasına şərait yaradılmasıdır. Ancaq Tramp administrasiyası bunları əlində bazarlıq vasitəsi kimi saxlamaq niyyətindədir. Qeyd edək ki, Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərdiyini və onu nüvə danışıqlarına dəvət etdiyini bildirib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz deyib ki, İran hökuməti nüvə zənginləşdirmə və silah proqramını ləğv etdiyini nümayiş etdirməlidir: "ABŞ Prezidenti Donald Tramp İranın dini lideri Əli Xameneiyə yazdığı məktubda İranla bağlı iki yolu olduğunu açıqlayıb: hərbi seçim və ya razılaşma əldə etmək! Ümid edirik ki, İran hökuməti öz xalqını və maraqlarını terrorizmdən üstün tutacaq".

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İran daxilində ABŞ ilə aparılacaq danışıqlarda məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif qruplar arasında mübarizə gedir. Ekspert vurğulayıb ki, İran Prezidenti Məsud Pezeşkian dialoqa hazır olduğunu, lakin ali dini lider Ayətullah Əli Xameneinin buna razılıq vermədiyini bildirdi:
"Bundan sonra Donald Trampın Xameniyəyə məktub göndərərək dialoq təklif etməsinin əsas səbəbi də məhz bu amildir. Ağ Ev rəhbəri hələ ki, İranla müzakirə qapılarının açıq olduğunu bildirir. Ancaq hərbi əməliyyatların keçirilməsi variantı da masadadır. İran bu riski minimuma endirmək üçün Rusiya və Çinlə hərbi əməkdaşlığı gücləndirir. İranın mühafizəkar dairələri ABŞ ilə danışıqlara razı deyil. Ali lider Xamenei Prezident Pezeşkiana dialoqu qadağan edib. Təbii ki, əsas məsələ İrana dəstək deyil. Rusiya və Çinin öz maraqları var. Rusiya Ukraynada istədiyini almaq üçün İran məsələsində ABŞ ilə bazarlıq edə bilər. Rəsmi Moskvanın ABŞ-İran danışıqlarında vasitəçilik etməsinin əsl səbəbi də budur".
Siyasi ekspertin fikrincə, Çin isə bu təlimlərdə iştirak edərək həm özünə qarşı yönəlmiş ABŞ-nin təzyiqlərinə cavab vermək, həm Hindistana əzələ nümayiş etdirmək niyyətindədir: "Məsələ burasındadır ki, hərbi təlimlərin keçirildiyi Çabahar limanı Hindistan tərəfindən icarəyə götürülüb. Hindistan və Çin arasında münasibətlər son zamanlar gərgin dövrünü yaşayır. Hindistanın aktiv iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi Çinin "Bir kəmər-bir yol" lahiyəsinə alternativdir. Buna görə də Pekin Dehliyə mane olmaq istəyir. Hərbi təlimlər onun üçün bu mənada göydəndüşmədir. Ancaq belə təlimlər İranı xilas etməyəcək. Tehranın özündə də yaxşı bilirlər ki, nə Rusiya, nə də Çin İrana görə ABŞ ilə vuruşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya