Ukraynadan “Taxıl sazişi” üçün yeni marşrutlar...
Ukraynadan “Taxıl sazişi” üçün yeni marşrutlar...
Yusif Nəzərli
09:07 19.07.2023
Siyasət
427
Ukrayna “Taxıl sazişi” çərçivəsində məhsulların Rumıniya və Bolqarıstanın ərazi suları vasitəsilə daşınması imkanlarını nəzərdən keçirir.
Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar telemarafonun efirində məlumat verib.
Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən çıxmaqla gəmi daşınmaları təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətləri geri götürüb.
Bodnarın sözlərinə görə, rusiyalılar ola bilsin ki, bəyan etdikləri bütün təhdidlərə əməl etməsinlər. Lakin bununla belə təhlükə qalmaqdadır və bu, gəmiçilik şirkətlərinə, sığorta fəaliyyətlərinə və s. öz təsirini göstərir.
Eyni zamanda səfir bildirib ki, Ukrayna bu risklərə zəmanət vermək üçün müvafiq fond yaradıb, lakin müəyyən şərtlər var.
“Bizim, həmçinin gəmiləri və şirkətləri cəlb etmək imkanımız var. Bizim nöqteyi-nəzərimizdən bunu artıq razılaşdırılmış bu marşrutdan istifadə etmədən də, Rumıniya və Bolqarıstanın ərazi sularından keçməklə həyata keçirmək olar. Bu, riskləri minimuma endirmək üçün mümkün variantlardan biridir”, - deyə o qeyd edib.
Eyni zamanda Bodnar vurğulayıb ki, beynəlxalq ictimaiyyət də üzərinə məsuliyyət götürməlidir. Bu, bir tərəfdən Ukraynaya belə bir ssenarini həyata keçirməyə kömək etmək, digər tərəfdən də mümkün hücumların qarşısını almaq üçün Rusiyaya təzyiq göstərmək üçün zəruridir.
Mənbə: RBC-Ukrayna
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual