
Vaşinqton Yaponiyanı və Tayvanı qorumaq məcburiyyətindədir
23:13 22.11.2024
Siyasət
447
Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək
ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarı verib. Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Məlumata görə, bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Cəmi 3 mindən bir qədər çox əhalisi olan bu adalar onunla “məşhurdur” ki, ABŞ İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə adanı yaponlardan təmizlədikdən sonra bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Ekspertlərə görə, hərbi bazanın budəfəki hədəfi ABŞ-nin strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Marian adaları ABŞ-nin Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər iki hərbi baza Okinava və Quam adalarında yerləşib. Ekspert bildirib ki, ABŞ-nin bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları mövcuddur:

"Bölgə ölkələrindən Filippin də ABŞ ilə hərbi müttəfiqliyi gücləndirib. Bu, Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambodjada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.
Marian adasının yerli qubernatoru ABŞ hərbi bazasının genişlənməsinə verdiyi icazəni belə izah edib ki, sülh şəraitində yaşamaq üçün müdafiəni gücləndirmək lazımdır. Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvan adasını güc yoluyla ələ keçirmək istəyərsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. ABŞ-nin yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil".
E.Şahinoğlu əlavə edib ki, Tramp Amerikanın xaricində pul xərcləməyin əleyhinədir: "Ancaq Tramp və onun komandası eyni zamanda Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin formalaşmasını da istəmirlər. Yaponiya və Tayvan ABŞ-nin strateji müttəfiqləridir. Vaşinqton həm Yaponiyanı, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək. Əsas məqsəd ABŞ-nin xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaq olacaq. Bu arada, ABŞ, Avstraliya və Yaponiyanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Tayvan boğazı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan adası ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilib".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm