
Vaşinqtonun xaos siyasəti: Ayaq basdığı yerləri dağıdan Amerika
12:20 16.11.2023
Siyasət
415
ABŞ dünyaya sülhə çağırış etsə də, özünün məkrli siyasəti dünyada alovlanmış müxtəlif münaqişələrin yaranmasına zəmin yaradır. Onlar sözdə problemlərin həllində maraqlı olduqlarını desələr də əməllərində tamamilə fərqli fəaliyyətlərə şahidlik edirik. Rusiya və Ukrayna arasında gedən müharibədə Kiyevin silahlandırılması və münaqişənin uzadılması üçün əllərindən gələni əsirgəməməkləri buna misaldır.
Amma bu müharibənin öz ərazilərindən uzaq tutmağa çalışırlar. Həmçinin hazırda Qəzzada baş verənlər hadisələrin şiddətlənməsində də əsas səbəbkar yenə də Qərbdir. Bu ABŞ-nin illərlə yeritdiyi siyasətin bir parçasıdır. Bundan öncəki Ərəb baharında oynanılan ikiüzlü rol da hər kəsə məlumdur.
Rəsmi Vaşiqtonun standartları barədə fikirlərini “Sherg.az” a bölüşən Politoloq Turan Rzayev bildirib ki, Amerika bütün dünyaya özünü sülhün carçısı dövlət kimi qələmə verir:
"Doğrudur, hazırki geosiyasi vəziyyətdə super güc kateqoriyasına aid edə biləcəyimiz birnömrəli dövlət məhz Amerikadır. Amma bu onun digər ölkələrin daxili işinə və xarici siyasətlərinə qarışmasına şərait yaratmır. ABŞ hər zaman xaosla qidalanır. Xarici siyasətini digər dünya ölkələrinin daxili işlərinə burnunu soxmaqla, orada çevrilişlər etməyə, suni münaqişələr yaratmağa çalışan dəsti xətt üzərində qurub. İlk öncə xaosu yaradır, daha sonra xaosdan çıxış yolunu təqdim edir. Əslində isə daha böyük problemin yaranmasına vəsilə olur”.

Politoloq ABŞ-ın yaratdığı bəzi münaqişələrin hələ də öz həllini tapmadığını vurğulayıb:
“Bunlardan biri Koreya münaqişəsidir. Koreya xalqı bu səbəbdən yüz illərdir iki fərqli dövlət şəklində yaşayır. Digər tərəfdən Vyetnam əhalisi ABŞ-ın müdaxilələri üzündən ağrılı günlər yaşadı. Hazırda Kubanı mühasirədə və blokadada saxlayır. Rusiya və Ukrayna müharibəsində də əsas səbəbkarlardan biridir. Ukrayna prezdenti Zelenskinin münaqişənin başlarında sülh müqaviləsinə qarşı tutumu müsbət yöndə idi. Qərbin dəstəyini aldıqdan sonra müharibə daha geniş miqyas aldı. Bu gün də sözü gedən qarşıdurma davam etməkdədir və ABŞ vaxtın uzanması üçün əlindən gələni edir. HƏMAS və İsrail müharibəsində də problemi başladan İran olsada qızışma və hazırki etablara gəlməsində bir nömrəli faktor rəsmi Vaşiqtondur”.
T.Rzayev Amerikada qarşıdan prezident seçkiləri gəldiyini gəldiyini xatırladıb:
“Bu zamanlarda orada kartlar daha açıq oynanır. Dünya siyasi sistemində münaqişələri nəzarət edə biləcəyi həddə qədər gətirirlər və ardınca daxili siyasətə fokuslanırlar. Seçki zamanı namizədlərdə müharibə bölgələri ilə bağlı vədlərdən istifadə edirlər. Prezident seçkiləri başa çatdıqdan sonra isə, ABŞ yenidən xarici siyasətinə fokuslanır. Əfqanıstana edilən müdaxilə, İraqın işğalı, Ərəb Baharının pərdə arxasında əsas səbəbkar olaraq dayanması Amerikanın dünyada sülhün pozulmasında önəmli rol oynadığına əyani sübutlardır. Amerika heç bir zaman özünə güclü bir rəqib istəmir. O nəinki rəqiblərinin heç müttəfiqlərinində güclənməsini istəmir. Bu gün ABŞ Cənubi Qafqazda gedən məsələlərə də müdaxilə etməyə çalışır. Regionda sülh prosesi istiqamətində görülən işlər rəsmi Vaşiqtonun siyasəti üzündən yarımçıq qalır. Fransa kimi onlar da regionda sülhə təhdid yaradan qabaqcıl ölkələrdəndir. ABŞ-ın Ermənistana verdiyi açıq dəstəyinin real nəticəsi olaraq Ermənistan sülh müqaviləsindən yayınır. Amerikanın yeritdiyi bu cür xarici siyasət dünyada sülhün olmasına ən böyük əngəldir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region