Xalqın üzünə azadlıq mehi dəyib
Yusif Nəzərli
10:24 25.01.2023
Siyasət
542
İranın gələcəyinə min il hakimiyyətdə olmuş türk xalqı qərar verəcək
Avropa İttifaqının İrana qarşı yeni sanksiya paketi qəbul olunub. Bu barədə Avropa İttifaqı XİN başçılarının toplantısında razılıq əldə olunub. Bildirilib ki, bu, ittifaqın İrana qarşı tətbiq etdiyi sayca 4-cü sanksiya paketidir. Həmçinin vurğulanıb ki, rəsmi Tehrana sanksiya tətbiqinin səbəbi İran rejiminin dinc etirazları zorakı yollarla yatırtmaq cəhdidir. Bununla yanaşı, Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edib. "Qara siyahı"ya iranlı məmurlar, rəsmilər və şirkət rəhbərləri də daxil edilib.
SEPAH İran ordusunun əsasını təşkil edir, eyni zamanda ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Yeni sanksiyalara əsasən, SEPAH-la bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, İran rejimi artıq 40 ildən çoxdur ki, sanksiyalar altındadır. Ekspert vurğulayıb ki, ölkənin durumu göz önündədir:
"Xalq orta əsrlərdəki kimi yaşayır. İran rejiminin nümayəndələri isə Qərb və Avropada özünə və ətrafındakılara şərait yaradıb. Bir çoxlarının uşaqları, nəvələri Amerikada, Londonda yaşayır. Elə həmin SEPAH-ın, dini rəhbərlərin uşaqlarının, nəvələrinin Qərbdə tam sərbəst, açıq-saçıq yaşadıqları məlum olur. Məncə, sanksiyalar əksinə, İran rejimi üçün stimulverici faktora çevrilməkdədir. Sanksiyaların artması xalqın pulunun silahlanmaya sərf olunmasına gedir. Hərbi sahəyə ayrılan vəsait də oğurlanaraq Qərbə daşınır. İran xalqının beyni o qədər saxta Amerika və İsrail düşmənçiliyi ilə doldurulub ki, xalq bu cür addımları lazımlı hesab edir. Amma dünyadan izolə olunmuş şəkildə, orta çağda yaşamağı "qəhrəmanlıq", "din uğrunda mübarizə" sayırlar. Sanksiyalar artdıqca İran rejimi daha da qəddarlaşır. Əməllərinə daha kəskin şəkildə davam edir".
A.Qasımov düşünür ki, Qərb İran üzərində oyun oynayır:
"Qərbə İranda xalqların azadlığı, onların hüquqlarının qorunması lazım deyil. Qərbə İranda, bütün region ölkələrində, o cümlədən Türkiyədə onun sözünə əməl edəcək hakimiyyətlər lazımdır. Məsələ ondadır ki, əgər hansısa bir hakimiyyət dünya ictimaiyyətinin gözündə diskreditasiya (inam və etimadın sarsılması -red) olursa, Qərb onu görüntü xatirinə dəyişməyə məcbur olur.
Yaxud Türkiyədə olduğu kimi sözünü deməyən hakimiyyəti zorla dəyişməyə çalışır. İndi İran rejimi özünü həm xalqı qarşısında, həm də dünya ictimaiyyəti qarşısında diskreditə edib. Qərb üçün onun dəyişdirilmə vaxtı çatıb. Şah rejiminin varislərinin hakimiyyətə iddiası müzakirə olunur və əsasən pəhləvi-fars varislərinin davamçılarının üzərində dayanılır.
Türkiyənin bu məsələdə Qacar türk nəslinin varislərinə vurğu etməsi, ülküçülər tərəfindən İstanbula dəvət edilməsi onu göstərir ki, fars-türk mübarizəsi hələ indi-indi vüsət alır. Hadisələrin gedişinə uyğun olaraq proseslər müxtəlif istiqamətlərə gedə bilər. Hesab edirəm ki, İranın gələcəyinə min il hakimiyyətdə olmuş türk xalqı qərar verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat