XİN rəhbərinin müavini So Byonq Su ilə görüşüb
Yusif Nəzərli
17:56 20.04.2023
Siyasət
606
20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı nazir müavini Elnur Məmmədov 2022-ci ilin mart ayında Azərbaycan-Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin təşkil olunmasını və iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsinin həyata keçirilməsini məmnunluqla qeyd edib.
E.Məmmədov Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətlərin dinamikasını qeyd edərək, Azərbaycan-Koreya ikitərəfli əməkdaşlıq istiqamətləri və mexanizmlərinin əhəmiyyətini diqqətə çatdırıb. Bu xüsusda, 2022-ci ilin iyul ayında Koreyada keçirilmiş iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələri və digər ikitərəfli görüşlər məmnunluqla xatırlanıb.
Görüş zamanı E.Məmmədov iki ölkə arasında əməkdaşlığı gücləndirmək və genişləndirmək məqsədilə dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini iki ölkə arasında mövcud olan iqtisadi münasibətlərə toxunaraq, Cənubi Koreyanın 77 investisiya şirkətinin ölkəmizdə qeydiyyatdan keçməsini qeyd edib, və Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirak etmək niyyətini yüksək qiymətləndirib. Hazırda Azərbaycanın Koreya Respublikasının Cənubi Qafqaz regionunda ən böyük iqtisadi-ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.
E.Məmmədov qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, ümumiyyətlə mina təhlükəsi, həmçinin erməni tərəfinin mina xəritələrini təqdim etməməsi, eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə proses barədə ətraflı məlumat təqdim edib.
Görüşdə, Vətən müharibəsi sonrası işğaldan azad edilmiş ərazilərimizdə “Smart City” və “Smart Village”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçiriləcəyini nəzərə alaraq, Koreyanın qeyd olunan sahələrdə qabaqcıl təcrübə və texnologiyalarından faydalanma imkanlarında və həmin sahələrdə Koreya şirkətləri ilə birgə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsində Azərbaycan tərəfinin maraqlı olduğu bildirilib.
Görüş zamanı, iki ölkənin bir neçə şəhərləri arasında münasibətlər haqqında sazişlərin və anlaşma memorandumlarının imzalanması barədə məlumat verilib. Xüsusilə, Şuşa və Andonq şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolunun ötən il imzalanması məmnunluqla xatırlanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya