Yeni Partiyanın adı dəyişə bilər: Türkiyə Ali Məhkəməsi qərar verəcək

Türkiyədə Yeni Partiyanın adı dəyişə bilər. Yenilik Partiyasının sədri Öztürk Yılmaz partiyalar arasında ad oxşarlığı olduğunu əsas gətirərək Türkiyə Ali Məhkəməsinə müraciət edib.

Sherg.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsi müraciətlə bağlı Yeni Partiyanın rəhbərliyinin məlumatlandırıldığı və araşdırmanın 1-2 ay ərzində yekunlaşacağı bildirilir.

Yeni Partiya rəhbərliyi hazırkı adı qorumaq niyyətindədir. Bununla belə, adın dəyişdirilməsi zərurəti yaranarsa, qərarın növbədənkənar qurultay keçirilmədən təsisçilər şurası tərəfindən qəbul edilə biləcəyi qeyd olunur.

Kulis məlumatlarına görə, alternativ olaraq “Dəyişiklik Partiyası” adı da ehtiyatda saxlanılır.