Zaman dəyişsə də, niyyət dəyişməyib
Yusif Nəzərli
11:20 06.11.2021
Siyasət
462
Həmsədrlər 44 günlük müharibədən sonra da mövqelərini dəyişmədilər
Vasitəçilərlə bağlı bütün təkliflərə rəsmi Bakı “yox” cavabını verməlidir
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ATƏT-in Minsk qrupundan danışıb. Səfir deyib ki, Minsk qrupu Azərbaycan torpaqlarının qayıtmasında heç bir rol oynamayıb. Lakin 2021-ci ilin reallığı 2016- 2017-ci illərin reallığından çox fərqlənir. Yəni səfir hesab edir ki, həmsədrlər bundan sonra faydalı ola bilərlər: “Minsk qrupu delimitasiya və demarkasiya proseslerində, iki xalq arasında kommunikasiyanın qurulmasında faydalı ola bilər. Tək lazım olan şey, onların bunu həqiqətən də istəməsidir”.
E.Süleymanovun sözlərinə görə, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Onlar iki xalq arasında kommunikasiyanın qurulmasında fəaliyyət göstərə bilərlər. Sadəcə buna tam olaraq necə töhfə verməli olduqlarını başa düşməlidirlər”.
Səfirin Minsk qrupu ilə bağlı təklifini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bunun o qədər də real görünmədiyini deyib. Ekspert bildirib ki, Minsk qrupunun 30 ilə yaxın müddətdə sərgilədiyi fəaliyyət həmsədrlərin bundan sonra necə işləyəcəklərindən də xəbər verir:
“Həmsədrlər 44 günlük müharibədən sonra da mövqelərini dəyişmədilər. Əksinə, yenə də Ermənistanın yanında olduqlarını əyani şəkildə göstərdilər. Xatırlayırsızsa, xarici diplomatların Şuşaya səfəri zamanı ABŞ, Fransa və Rusiya səfirləri Qarabağa getməkdən imtina etdilər. Bunun əvəzində Amerikanın İrəvandakı səfiri Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə gəldi. Yəni Minsk qrupu 27 sentyabr 2020-ci ildən əvvəl hansı mövqedə idisə, bu gün də eyni yanaşmanı sərgiləyir. Zaman dəyişsə də, niyyət dəyişməyib. Ona görə də hesab edirəm ki, vasitəçilərlə bağlı bütün təkliflərə rəsmi Bakı “yox” cavabını verməlidir. Bu format ölkəmizin maraqlarına daban-dabana ziddir. O halda icazə verilə bilər ki, üçlü formatın tərkibi və missiyası dəyişdirilsin və ora Türkiyə, eyni zamanda bizimlə yaxın müttəfiq olan digər dövlətlər qoşulsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq