Pandemiyanın təzahürü
Yusif Nəzərli
06:00 04.04.2023
Aktual
475
Son 3 ildə bəzi abituriyentlər imtahana üzərində kəsici-deşici vasitələrlə gəlir
Kamran Əsədov: “İnternet resurslarda daha geniş yayılan məhz kriminal məzmunlu informasiyalar, kriminal avtoritetlər barədə məlumatlar, bayağı mahnılar, məzmununda zorakılıq daşıyan videolardır, şagirdlərin, məzunların üzərlərində kəsici-deşici alətlər gəzdirməsinin səbəbi anlaşılır”
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilir. Yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
Təhsil problemləri üzrə ekspert, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, son 3 ildə belə hallar çox artıb və bu, təəssüf doğurur: "Pandemiya mərhələsində şagirdlərin, ümumiyyətlə, təhsil alanların internet resurslardan istifadəsi artdı. Təhsil alanlar zamanlarının böyük qismini internet resurslarda keçirirdilər. Fənlərlə yanaşı, digər videoları, paylaşımları izləmək imkanları da olurdu. Nəzərə alsaq ki, internet resurslarda daha geniş yayılan məhz kriminal məzmunlu informasiyalar, kriminal avtoritetlər barədə məlumatlar, bayağı mahnılar, məzmununda zorakılıq daşıyan videolardır, şagirdlərin, məzunların üzərlərində kəsici-deşici alətlər gəzdirməsinin səbəbi anlaşılır. Ailədə uşaqlara nəzarət zəifdir, təhsilə də nəzarət yoxdur. Xatırladım ki, Novruz bayramı şənliyində Azərbaycan Neft və Sənaye Universiteti tələbələrinin kriminal avtoritetə həsr olunmuş mahnını bir ağızdan oxumaları və mahnının sədaları altında rəqs etmələri videosu yayılmışdı. Bu, əyləncə deyildi, biabırçılıq idi. Bir ali məktəb tələbələri ki kriminal avtoritetə həsr olunmuş mahnıya oynayır, təhsilimizin səviyyəsinin əlavə izaha ehtiyacı qalmır".
K.Əsədov qeyd etdi ki, DİM-in keçirdiyi sonuncu imtahan əvvəlki illərin və IX sinif məzunlarını əhatə edib: "Deməli, ötən il ərzində bu şagirdlər müsbət yöndə inkişaf etməyib. Təhsil aldıqları müddətdə necə idilərsə, hansı mühitin təsiri altında idilərsə, məktəbdən uzaqlaşdıqdan sonra da həmin mühitin övladları olaraq qalıblar. Səbəblər çox dərindir. Məktəblərdə şagirdlərlə əlavə iş aparılmır. Uşaqlar kriminal aləmin təsiri altında böyüyürlər. Və onlarda kriminallığa meyl artır. Yoxsa niyə abituriyent imtahana özüylə bıçaq gətirsin?! Ya da abituriyent imtahana niyə əlində təsbeh gəlir? Deməli, bu, bəzi yeniyetmə və gənclərin gündəlik həyat tərzinə çevrilib artıq, ondan kənarlaşa bilmirlər. İmtahana mobil telefon, qulaqcıq gətirənlər də olur. Bunlar imtahanda əlavə yardım vasitələrindən istifadəyə cəhddir. Kəsici-deşici alət hansı “yardım” rolunu oynaya bilər ki, abituriyent onu özüylə imtahana gətirir?! Kriminallığa meyillilik təhlükəli hal almaqdadır, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu barədə ciddi düşünməli, gərəkən addımları atmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm