Azərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirlərmi? - FOTO
Yusif Nəzərli
13:17 04.04.2023
Cəmiyyət
496
Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinliklərlə üzləşirlər.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov bildirib.
Onun sözlərinə görə, əksər vətəndaşlar səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətçidirlər.
“Məsələn, Macarıstana viza almaq istəyənlərə süni əngəllər yaradılır, onlardan əlavə sənədlər istənilir. Vətəndaş iş yerindən arayış və bank hesabından çıxarış təqdim etdiyi halda, ondan vergi ödənişinə dair arayış, eləcə də alınmış aviabilet tələb olunur. Halbuki, vizanın verilməsi ilə bağlı qeyri-müəyyənlik olduğu üçün aviabiletin bron edilməsi normaldır.
Fransa, İspaniya, İsveç, Belçika, Niderland və Lüksemburqa səfər etmək istəyənlər üçün isə sənədlərin kuryer vasitəsi ilə çatdırılması məcburidir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist viza hazır olduqdan sonra sənədlərini özü götürə bilmir. Koronavirus (COVID-19) pandemiyasının səngiməsinə baxmayaraq, kuryer xidməti üçün 17 manat haqq ödəmək lazımdır. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Əlavə xidmət haqları da var və onlar əsaslandırılmır.
Çexiya, Latviya, Norveç və İrlandiyaya viza almaq istəyənlərin isə görüş günü ilə bağlı sıxıntıları var. Bu da müştərilərin haqlı narazılığına səbəb olur.
Almaniyaya səfər etmək istəyənlər isə əksər hallarda mənfi cavab alırlar. Maddi imkanları yüksək olmayan turistlərə Almaniya səfirliyində, demək olar ki, yer yoxdur.
İtaliya səfirliyində də görüş günü və vizanın verilməsi ilə bağlı ciddi problem var. Müraciət edənlərin təxminən 50%-i viza ala bilir. Təhsil vizası da çətinliklə verilir. Bu ölkədə universitetə qəbul olunmaq oraya viza almaqdan rahatdır.
Polşa səfirliyində də görüş günü ilə bağlı problemlər var. Gün təyin etmək üçün sistem, demək olar ki, həmişə bağlı olur. Həftədə bir dəfə və ya ayda dörd dəfə həmin sistem qısa müddətə açılır, bu da turistlərdə çaşqınlıq yaradır. Bəzən bir həftə öncə qeydiyyatdan keçmiş şəxsə görüş günü bir ay öncə qeydiyyatdan keçmiş müştəridən daha tez təyin olunur. Bundan əlavə, iki ailə üzvü üçün eyni vaxtda görüş günü götürmək mümkün deyil.
Böyük Britaniya səfirliyindən viza müraciəti ilə bağlı cavab 21 iş günü ərzində deyil, iki ay və daha gec müddətə gəlir. Bu səfirlikdə maddi imkanları orta səviyyədə olan turistlər qəbul edilmirlər. Çox yüksək əməkhaqqı və ya gəlirləriniz olmalıdır ki, bu ölkə sizə turistik viza verməkdə maraqlı olsun.
Bəzi səfirliklər isə vətəndaşın qalacağı hotelin ödənilmiş çekini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradırlar. Ödənişi edəndən sonra viza verilməməsi ehtimalı narahatlıq yaradır”, -deyə ekspert qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm