Rusiyanı taxıl sazişinə qaytarmaq olar - Hasan Oktay
12:31 18.07.2023
Aktual
665
Rusiya 2022-ci ilin 29 oktyabr tarixində Sevastopolda baş verən hücumlar səbəbindən ''taxıl sazişi''nin müvəqqəti dayandırıldığını BMT və Türkiyənin diqqətinə çatdırıb. Bundan sonra Ukrayna limanlarından gəmilərin çıxışı dayandırılıb.
Türkiyənin diplomatik təşəbbüsləri ilə taxıl daşınması noyabrın 2-də bərpa edilib. ''Taxıl sazişi'' noyabrın 19-dan 120 gün müddətinə uzadılıb.
Razılaşmanın müddətinin sona çatdığı 18 martda Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin açıq qalacağını və razılaşmanın müddətinin uzadılmasına qərar verildiyini açıqlayıb.
Türkiyənin təşəbbüsləri nəticəsində taxıl sazişi may ayında bir daha uzadılıb.
May ayında qəbul edilən iki aylıq uzadılma qərarının müddəti iyulun 17-də başa çatıb.
ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ və müttəfiqləri Qara dəniz taxıl təşəbbüsünü əvəz etməyin yollarını axtaracaqlar. Lakin eyni miqyasda alternativ tapmaq asan olmayacaq:
"Rusiyanın bugünkü qərarının nəticəsi qiymətlərin qalxması oldu. Biz artıq bazarların buna reaksiyasını görürük, qiymətlər artıq qalxır. Saziş mümkün qədər tez bir zamanda bərpa edilməlidir".
Hazırkı durumu "Sherg.az"a dəyərləndirən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib ki, Rusiyanın "taxıl dəhlizi" sazişindən çıxması dünyada ciddi ərzaq böhranına səbəb ola bilər:
"Rəsmi Moksva Qərbi günahlandırır. Çünki müqavilənin əvvəlində Rusiya taxıl məhsullarını dünya bazarına çıxaracaqdı, amma embarqo nəticəsində yararlana bilmədi. Hətta Odessa limanına qədər uzanan maye gübrə kəməri belə işləmir. Bu da birtərəfli qaydada Ukraynanın lehinə işləyir. Hər dəfə saziş uzadılması mərhələsinə gələndə Rusiyada üç partiya gəlirin silah kimi Ukraynaya qaytarılmasına etiraz edirdi. Sonuncu dəfə 1,5 ay uzadılan müqavilə dünəndən etibarən Rusiyanın müqavilədən çıxması ilə sona çatdı".
H.Oktayın sözlərinə görə, Rusiyanı razılaşmaya qaytarmaq olar:
"Amerikanın razılaşmanın vacibliyini başa düşməsi ilə tətbiq edilən taxıl embarqosunda bir irəliləyiş əldə edilə bilər. Məsələnin Türkiyə Prezidenti R.T.Ərdoğanla Rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı ilə yenidən canlanması mümkündür.
"Taxıl dəhlizi" sazişinin başa çatması iyulun 11-12-də Vilnüsdə keçirilən NATO Sammitinin nəticəsi kimi görünsə də, heç bir əlaqəsi yoxdur. Şəhər müddətin uzadılması gündəmə gələndə etiraz etmişdi və öz taxıllarının dəhlizə axıdılmasının qarşısı alınarsa, dəhlizi tərk edəcəyini bildirmişdi".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya