İran diplomatik aparatını kənar qüvvələrin regiona müdaxiləsi olmadan qurula biləcək sülh və sabitliyə kökləyib-RƏY
Yusif Sultanoğlu
05:32 28.11.2023
Siyasət
8874
Vəziyyət dəyişib, siyasət də dəyişir
“Abdullahianın səfirlərlə görüşü İranın perspektivdə regional siyasətində veriləcək qərarların əhatə dairəsini müəyyənləşdirmək üçündür”
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb. Bu barədə Hüseyn Əmir Abdullahian “X” hesabında paylaşım edib. Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, İran baş diplomatının səfirlərlə görüşü Tehranın Cənubi Qafqazdakı problemlərə tənzimləyici performansla yanaşması təəssüratını bağışlayır. Ekspert diqqətə çatdırıb ki, Abdullahian görüşlə əlaqədar bəyanatında qeyd edib ki, o, müzakirələrdə İranın diplomatik aparatının diqqətini kənar qüvvələrin regiona müdaxiləsi olmadan qurula biləcək sülh və sabitliyə kökləyib:
"Bu, qulağa xoş gələn diqqətçəkici bəyanat kimi görünsə də, regionda sülh və təhlükəsizlik parametrlərinin yekun təyinində İranın mövqeyi səmimi səslənmir. Çünki İranın xarici siyasət kursundakı aktivlərin xərclənmə təyinatı sülh və rifah üçün böyük ölçülü prinsiplərə malik deyil. İranın xaricə açılan qapılarının aralanmasında onun maliyyəsi və ideoloji istiqamətləri ilə hərəkət edən proksi qüvvələr də rol oynayır. Deməli, İran Cənubi Qafqazdakı siyasi kursunun yeni meyarlarla formalaşdırılmasına nəzarətində olan qeyri-dövlət aktorlarını cəlb etməyə səy göstərir. Halbuki İranın proksi qüvvələrinin Yaxın Şərqdə sülh və sabitlik üçün təhlükəsizlik meyarlarına cavab vermədiyinə dair kifayət qədər iddialı və əhatəli informasiyalar mövcuddur. Hər halda səbəblərdən asılı olmayaraq, Abdullahianın səfirlərlə görüşü İranın perspektivdə regional siyasətində veriləcək qərarların əhatə dairəsini müəyyənləşdirmək üçündür.
Maraqlıdır, görəsən, bu dairənin içərisində proksi qüvvələrin iştirakı hansı dərəcəyə qədər ölçülür? Bu, regional temperaturların göstəricilərindən asılıdır, xüsusilə Ermənistanın Qərblə Rusiya arasındakı tarazlığı əhəmiyyətli şəkildə birincinin xeyrinə dəyişərək itirməsi Tehran üçün də ciddi siqnaldır".
A.Kərimova görə, qısa şəkildə bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin diplomatik fəaliyyətini təhlil etməklə aydınlaşdırmaq olar:
"Sübhani Ermənistandan əvvəl Suriyada səfir işləyib, o, Suriyadakı İran müqavimət hərəkatının koordinasiyasını həyata keçirib. Buna səbəb İranın Yaxın Şərq ölkələri üzrə səfirlərinin əksəriyyətinin Tehranın xarici siyasətindəki böyük faktiki imtiyazlara sahib olan SEPAH-ın kadrları olmasıdır. Sübhaninin karyerasının Ermənistan səhnəsi ona görə quraşdırılmışdı ki, onun region üzrə koordinatorluq bacarıqlarına inam olub. İndi Sübhaninin apardığı təhlillərin Abdullahianla və İranın Azərbaycandakı səfiri Musəvi ilə bölüşdürülməsinə əşhədü-ehtiyac yarandığı görünür. Proqnoz çıxarmaq mümkündür ki, Tehranın bundan sonra aktivlərini və resurslarını Cənubi Qafqaza doğru çəkib burada ona forma verməsində yeni tendensiyalar müşahidə oluna bilər. Amma bu məsələ də diqqətə alınmalıdır ki, İranın siyasi kimliyini Cənubi Qafqazdakı proseslərin nüvəsinə sarı çəkməsi son zamanlar Azərbaycanla Tehran arasında gərginliyin yumşaq rejimə keçidi fonunda əlavə bir dəyər qazanır. Bu xüsusda Bakı ilə Tehranın münasibətləri inkişaf etdirib möhkəmləndirmək üçün maraqlarını ikiqat artıracaqlarını proqnozlaşdırmaq olar.
Lakin İranın Azərbaycanla əlaqədar siyasətində situativ mövqedən çıxıb xüsusi kodlaşdırılmış bir çərçivəyə keçəcəyi də istisna olunmur. Bu baxış bucağı göstərə bilər ki, Tehranın regional siyasətində çeviklik, uyğunlaşma və davamlılığın sərhədləri genişmiqyaslı planlara diqqət yetirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat