Bakıda Pre-COP çərçivəsində panel müzakirə keçirilib
Yusif Nəzərli
08:24 10.10.2024
Gündəm
395
Bakıda Pre-COP çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı çərçivəsində Pre-1.5 missiyasına gedən yol: Beynəlxalq Əməkdaşlığın Genişləndirilməsi mövzusunda panel müzakirə keçirilib.
APA xəbər verir ki, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev qlobal iqlim dəyişikliyinin fəsadları fonunda Azərbaycanda görülən tədbirlərdən danışıb.
O bildirib ki, fermerlərin bu problemdən mümkün qədər qorunması istiqamətində dövlət tərəfindən bir sıra imkanlar yaradılır.
M. Babayevin sözlərinə görə, bu mənada Azərbaycan, BƏƏ, Braziliyanın iştirakı ilə qurulan COP Sədrlikləri Üçlüyü vacib önəm kəsb edir.
COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaber isə sözügedən formatın ölkələr arasında fikir mübadiləsinin aparılması istiqamətində mühüm rol oynayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ümumi qlobal konsensus çox vacibdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) BMT-nin Baş katibinin müavini Amina Mohammedin qənaətincə isə iqlim dəyişikliyi ilə mübarizə məsələsində bütün tərəflərin məqsədləri 1.5 öhdəliyi ilə uyğunlaşdırılmalıdır.
Avropa komissarı Vopke Hoekstranın çıxışı iqlim dəyişikliyi üzrə tədbirlərin sürətləndirilməsinin vacibliyinə həsr olunub:
"Biz həm iqlim dəyişikliyinin fəsadları, həm də ölkələrin həyata keçirəcəyi tədbirlərin məcmusundan xəbərdar olmalıyıq. Üç ay boyunca keçirdiyimiz sorğunun nəticələri göstərir ki, hər kəs bizdən daha cəsarətli addımlar gözləyir. 2040-ci ilədək bu sahədəki hədəflərimizin 90 faizinə nail olmalıyıq. İqlim dəyişikliyi ilə mübarizə sahəsində müəyyənləşdirilən hədəflərin iclasına növbəti ilin birinci yarısından başlanılacaq".
Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu çıxışı zamanı ölkəsinin bu sahədə irəli sürdüyü keçid kreditləri təşəbbüsü ilə çıxış etdiyini söyləyib:
"İqlim dəyişikliyi ilə mübarizə layihələrinin tətbiqində böyük risklər var. Hesab edirik ki, burada enerji dəyişikliyinə dözümlülüyü təmin edən həllər mövcuddur. Biz enerji şəbəkələrimizi ABŞ və digər tərəfdaşların köməyi ilə gücləndirməliyik. Sinqapurda akkreditə olunan yaşıl layihələrə 5 milyard dollar həcmində dəstək olur. Biz eyni zamanda bu sahəyə dəstək üçün özəl şirkətlərin də dəstəyindən istifadə etməliyik. Ölkəmizdə koalisiya çərçivəsində keçid kreditləri təşəbbüsü irəli sürülüb. Bu kimi təşəbbüslər növbəti layihələrin yaranmasına öz töhfəsini verəcək. Hesab edirik ki, iqlim dəyişikliyi sahəsində hədəflərə nail olmaq üçün effektiv sistem formalaşdırılmalıdır".
Keniyanın İqlim dəyişikliyi, Ətraf mühit və Meşə Təsərrüfatı Nazirliyinin Departament direktoru Festus N'geno ölkəsində 2023-2030-cu illəri əhatə edən iqlim dəyişikliyi ilə mübarizə strategiyasının qəbul olunduğunu deyib.
"İqlim dəyişikliyi ilə mübarizə məsələsi qlobal səviyyədə daha geniş yayılmalıdır. Əsas məqsədimiz ondan ibarətdir ki, Afrika ölkələri arasında geniş əməkdaşlıq yaransın. Bir çox hallarda regional iqtisadiyyatların malik olduğu strategiya ayrı-ayrı layihələrin uyğunlaşdırılmasına imkan verir. Bizim ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı 2023-2030-cu illər strategiyası qəbul olunub. Hesab edirik ki, istənilən halda ölkələrin korporativ adaptasiya planları olmalı, qida təhlükəsizliyi strategiyası hazırlanmalıdır".
BMT-nin Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Beynəlxalq Təşkilatının baş katibinin xüsusi müşaviri Firadous Oussidhoum deyib ki, noyabrda təşkil olunacaq COP29-un gündəliyində sosial məqamların olduğu sevindirici haldır:
“Burada söhbət təkcə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə vəsait toplanmasından yox, həm də gələcək nəslin bu problemin fəsadları ilə üzləşməsinə imkan verməməyindən gedir. Hesab edirik ki, iqlim dəyişikliyi sosial transformasiya ilə müşayiət olunmalıdır".
Daha sonra panel sual-cavab sessiyası ilə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya