
Firudin Cəlilov: Respublika üzrə maksimum 8-10 rus məktəbi yetərlidir
12:27 26.02.2025
Elm və Təhsil
745
Rus bölmələrində Azərbaycan dilinin dərs saatlarının artması ilə yanaşı hələ gələcəkdə ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək”.
Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə söyləyib.
“Azərbaycan vətəndaşları niyə Səməd Vurğunu, Nəsimini rus dilində öyrənməlidirlər ki? Səməd Vurğunun şeiri elə Azərbaycan dilində öyrənilməlidir. O ki, qaldı Azərbaycan tarixini rus dili bölməsində təhsil alan şagirdlərin öyrənə bilməməsi, burada günah bizdə deyil”, – deyə o qeyd edib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan tarixi bizim milli kimliyimizdir.
Sabiq təhsil naziri, filoloq-alim, professor Firudin Cəlilov "Sherg.az"a deyib ki, rus dilli məktəblər 30-40 il bundan qabaq yaxşı idi:

“Həmin məktəblər Azərbaycan məktəblərindən fərqlənirdi. Çünki onların dərslik proqramları Moskvada hazırlanıb göndərildi. Rus sektorunda oxuyan uşaqlar intellektual baxımdan da seçilirdi. Lakin bu əlaqələr qırıldıqdan sonra artıq Azərbaycanda rus dili müəllimi, hazırlamaq imkanları azaldı. Rus məktəblərində tədris çox aşağı düşdü. Ona görə də hazırda qəbul imtahanlarının nəticələrinə baxsaq ən az bal yığan rus məktəbini bitirənlərdir. Əvvəlki səviyyədə olan rus məktəbləri indi yoxdur. İndi uşaqları rus məktəblərində oxutmaq nöqsanlıdır və ehtiyac yoxdur. Təhsil Naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan türkcəsinə aid dərslərin sayını artıracağıq. Bu addımı atsalar əlbəttə, yaxşı olacaq. Rus dilini öyrənməkdə bir problem yoxdur. Amma öyrənmək üçün rus məktəbində təhsil almaq vacib deyil. Rus dili xarici dil kimi 30-40 il də lazım olacaq. Çünki elmi əsərlərin, kitabların və digər qaynaqların çoxu rus dilindədir. Onlar Azərbaycan dilinə tərcümə edilməyib. Amma bu o demək deyil ki, rus məktəblərinin sayını artırmaq lazımdır. Əksinə, rus məktəbləri Bakıda, Sumqayıtda və Gəncədə, bir-iki dənə olsa kifayətdir. Çünki Azərbaycanda elə xalqlar var ki, onlar övladlarını rus məktəblərinə göndərirlər. Onlar üçün rus məktəblərinin olması vacibdir. Respublika üzrə maksimum 8-10 rus məktəbi yetərlidir. Amma indi 250 məktəb var və buna da ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual