Zəngəzur dəhlizinin açılması... - Mişel
08:07 25.09.2025
Gündəm
398
Bir neçə il bundan əvvəl Azərbaycan və Ermənistan üçün bir-birini daha yaxşı başa düşmək və məkan tapmaq son dərəcə çətin idi. Mən Brüssel formatı ilə əlimdən gələni etməyə çalışmışam.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.
O, bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bır sıra fürsətlər baş tutub:
“Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”, - deyə Şarl Mişel əlavə edib
O, Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və sülh sazişinin həyata keçirilməsinə təkan verəcəyini deyib. Şarl Mişelin sözlərinə görə, dəhliz Avropa Birliyi ilə Qafqaz və Mərkəzi Asiya arasında bağlantı yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat