Bu rayon əhali sayına görə Sumqayıt və Gəncəni ötdü
Yusif Nəzərli
17:30 06.12.2024
Sosial
523
Azərbaycanda son illərdə əhalisinin sayı ən sürətlə artan yaşayış məntəqəsi Abşeron rayonudur.
Axar.az Sfera.az-a istinadən xəbər verir ki, bu rayonun əhalisinin sayı 2015-2023-cü illər arasında iki dəfədən çox artaraq Sumqayıt və Gəncə şəhərlərini geridə qoyub.
2015-ci ildə Abşeron rayonunda 205 min insan qeydiyyatda olub, 2020-ci ilin sonunda 430 min nəfərə, 2023-cü ilin sonunda 433 min nəfərə çatıb.
Rayon əhalisinin sayının sürətlə artmasında inzibati mərkəz olan Xırdalan şəhərinin və qəsəbələrin böyüməsinin xüsusi rolu olub. 2023-cü ilin sonunda Xırdalan şəhərinin əhalisinin sayı 196 min nəfərə çatıb. İndi Xırdalan şəhəri əhali sayına görə Bakı, Sumqayıt və Gəncədən sonra Azərbaycanın dördüncü ən böyük şəhəridir.
Xırdalandan başqa, Saray qəsəbəsində (37,7 min nəfər), Mehdiabad qəsəbəsində (20,5 min nəfər), Qobu (17,5 min nəfər) və Hökməli (17,1 min nəfər) qəsəbələrində də əhali sayı çoxdur.
Rayon əhalisinin önəmli hissəsini gənclər təşkil edir. Əhalinin təxminən 43 faizi gənclərdən ibarətdir. Yaşı 35-ə qədər olanlar isə rayon əhalisinin 50 faizindən çoxunu təşkil edir. Əhalinin gənc olmasını pensiyaçıların sayındakı dəyişiklik də təsdiqləyir.
2015-ci ildə rayonda 11 572 nəfər yaşa görə pensiya alırdı. Amma 2023-cü ilin sonunda əhalinin sayının 2 dəfədən çox artmasına baxmayaraq, yaşa görə pensiya alanların sayı 10 358 nəfərə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm