Burada ciddi nəzarətsizlik var: Tanış olub, qoşulub qaçmaq bir günün içərisində olmur -RƏY
11:55 14.03.2025
Sosial
420
Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.az-a bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, buradan aydın görünür ki, bizim təhsil sistemimizdə hələ də boşluqlar var:
“Məktəbdə nəzarət sistemində boşluqlar var ki, 15 yaşlı qız dərs saatında məktəbdən ayrılır və 29 yaşında özündən böyük oğlana qoşulub qaçır. Ümumiyyətlə müəllimlər cədvələ əsasən növbətçi salınır. Həmin müəllimlər dərs gedən zaman kolidorlarda, məktəb qapısının çıxışında nəzarət edərək, öz növbətçiliklərini həyata keçirirlər. Beləliklə də, kimin məktəbdən çıxması, kimin məktəbə daxil olması məsələsinə onlar cavabdeh olurlar. Görünən odur ki, həmin məktəbdə növbətçi öz işinin öhdəsindən gəlməyib və vəzifəsini icra edə bilməyib. Təbii ki, həm müəllim, həm sinif rəhbəri, həm də məktəb direktoru haqqında lazımi ölçü götürüləcək. Çünki sinif rəhbəri hər gün uşaqların məktəbdə olmasını, sinif müəllimi isə dərsə daxil olan kimi jurnalı açıb kimin sinifdə olub-olmadığını yoxlayır. Düşünürəm ki, bu məsələ sadəcə bir məsuliyyətsizliyin və nəzarətsizliyin nəticəsidir. Sözsüz ki, aid qurumlar tərəfindən bu iş icraata götürülüb. İkinci bir tərəfdən isə valideyn nəzarətsizliyi də burada özünü göstərir. Yəni tanış olub, qoşulub qaçmaq bir günün içərisində olmur. Bunun üçün bir neçə həftələr, hətta aydan çox zaman lazımdır ki, qız bir oğlanla danışsın, tanış olsun və sonda qaçsın. Aidiyyatı qurumlar o qızın nə məqsədlə qaçırıldığını aşkara çıxaracaqlar. Yəqin ki, məsul orqanlar tərəfindən araşdırılandan sonra cəmiyyətə məlumat veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol