Cəmiyyətdə aqressivlik artır: Sosioloqdan psixoloji şərh
10:58 19.03.2025
Sosial
361
Martın 18-də saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, onlara zəruri tibbi yardım göstərilib.
Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, son dövrlər bu kimi hadisələrin sayı sürətlə artır:
“Ümumiyyətlə, bu vəziyyət hər hansı bir cəmiyyətin sosial, psixoloji, mənəvi vəziyyətinin göstəricisidir. Buna təsir edən amillər həmin cəmiyyətin yaşadığı sosial şəraitin, mənəvi mühitin, bir növ inikasıdır. Hər hansı bir cəmiyyətdə formalaşmış bir həyat tərzi və psixologiya var. Buna çox sayda faktorlar təsir edir. Birincisi, həmin cəmiyyətin mənəvi ehkamları, mənəvi dəyərləri, tərbiyə sistemi, insani münasibətləri psixologiyası. İkincisi, həmin cəmiyyətdəki sosial iqtisadi şərtlər. Hər ikisində problem olanda insanlarda, cəmiyyətdə ümumi aura, mənəvi enerji deqradasiya olunur və aqressivlik artaraq qəzəb enerjisi formalaşır. Nəticədə də belə hallar meydana gəlir. Buna təsir göstərən çox sayda faktorlar var. Həmçinin son dövrlərdə ümumi gərginlik, həyat və iş rejimində stress artıb. Yoxsulluq, evsizlik, işsizlik və müxtəlif problemlər insanlarda bir qəzəb enerjisinin yığılmasına səbəb olur. İnsanların bir-birinə sevgi, minnətdarlıq hissi ilə yanaşmaması, düşmən kimi baxması və özünü başqalarından üstün tutması mənəvi deqradasiyanın nəticəsidir. Normal inkişaf etmiş cəmiyyətlərdə belə hallar baş vermir və ya nadir hallarda baş verir. Bu o cəmiyyətlərdə baş verir ki, orada heç nə düzgün inkişaf etmir, mənəvi dəyərlər sistemi çökür, sosial, iqtisadi şərtlər insanları psixoloji gərginliyə salır və psixoloji depressiya yaranır. Ona görə də uşaqlıqdan həm evlərdə, həm məktəblərdə uşaqların normal insan kimi tərbiyə olunmasına, fərd kimi yetişməsinə xüsusi fikir verilməlidir”
Ekspertin sözlərinə görə insanlar stress altında yaşamaması təmin olunmalıdır:
“Sovet dövründə bu sahədə vəziyyət yaxşı idi, sosial, iqtisadi şərtlər normal idi. Lakin hazırkı mühit son dərəcə ağır və gərgin bir rejimdədir. Həm mənəvi, psixoloji, həm də sosial iqtisadi baxımdan aqressiv davranışların artmasına səbəb olur. Burada dövlətin xüsusi yanaşması olmalıdır. Elə bir şərtlər elə bir mühit yaratmalıdır ki, insanlar stress içində yaşamasınlar, normal, sərbəst, insani münasibətləri bir birinə göstərə bilsinlər. Bu məsələlər düzgün yanaşma ilə aradan qaldırıla bilər. Bütün cəmiyyətlərdə belə vəziyyətlər olub. Biz də öz milli mənəvi dəyərlərimiz üzərindən sistemimizi davam etdirməliyik və bunu qorumalıyıq.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol