Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib
Yusif Nəzərli
06:21 22.04.2025
Sosial
285
Ötən gün Ədliyyə Nazirliyi yanında İctimai şura üzvlüyünə seçki keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 10 nəfərin namizədliyi təsdiq edilib.
Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış 10 nəfərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.
Beləliklə, Ədliyyə Nazirliyi yanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
1. Bənənyarlı Səadət İzzət qızı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai birliyinin sədri
2. Cəfərova Novella Cəfər qızı - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai birliyinin sədri
3. Əliyev Əmir İbrahim oğlu - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai birliyinin sədri
4. Əsgərova Mətanət Paşa qızı - Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru
5. İsmayılov Xəyyam Cəbrayıl oğlu - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru
6. Qənizadə Çingiz Aşralı oğlu - “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai birliyinin sədri
7. Qocamanlı Səltənət Məmməd qızı - “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai birliyinin sədri
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm