
Ekspert: Bakıda yerləşən beş ulduzlu hotellərdə qiymətlər bahalaşıb
11:17 29.01.2024
Sosial
465
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artaraq 3422,3 min olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, gecələmələrin ümumi sayının 57,6 faizi Bakıda, 5,5 faizi Qubada, 4,7 faizi Xaçmazda, 4,2 faizi Naftalanda, 4,0 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi İsmayıllıda, 0,9 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7 faiz artaraq 1864,0 min olub ki, bu da ümumi gecələmələrin 54,5 faizini təşkil edir.
Sual ortaya çıxır. Bu vəziyyət qiymətlərin artmasına səbəb olacaq?
Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, bu artım pandemiyadan öncəki göstəricilərə çatmaq demək deyil:

"Hələlik ümumi bazarın bərpası tam yekunlaşmayıb. Ona görə qiymət artımından söz aça bilmərik. Gecələmələrin bütöv sayının 60 faizə qədəri Bakıda qeydə alınıb. Bu göstəricinin yüksək olmasının isə əsas səbəbi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının daha çox sərnişin qəbul etməsi ilə əlaqəlidir. Hər il bazara yeni hotellər daxil olur. Bu qiymətləri tənzimləyir. Fikrimcə, hotellərin qiymətində artım olmayıb. Ola bilər ki, tələbə görə Bakıda yerləşən beş ulduzlu hotellərdə qiymətlər bahalaşıb. Bu da keyfiyyətin yüksək olması ilə bağlıdır. Ancaq ümumi götürsək, hotellərin qiymətində ciddi artım baş verməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya