
Ekspert: Musiqi məktəbləri müəllimlərinin sertifikasiyası düzgün addımdır
Yusif Nəzərli
12:35 06.04.2025
Sosial
807
Narazı olanlar apelyasiya şikayəti verə bilər
Sertifikasiya imtahanlarından keçə bilməyən bir qrup musiqi müəllimi etiraz aksiyası keçirib. Aksiyada 100-dən yuxarı müəllim iştirak edib. Sumqayıt şəhəri 3 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano müəllimi Günel Novruzova Qaynarinfo-ya açıqlamasında aksiyanın Mədəniyyət Nazirliyinin qarşısında davam etdiyini bildirib: "Sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin hamısı işdən çıxarılıb. İmtahan martın 18-də keçirilib. Məktəbimizin ən yaxşı müəllimləri imtahandan kəsilib. Sualların əksəriyyətinə cavab yazmışıq, amma hamımıza "0” bal yazıblar. İmtahanda iştirak edən 120-dən çox müəllimin hardasa 80 nəfəri keçə bilməyib. Odur ki, haqqımızı Mədəniyyət Nazirliyində aradıq. Tezdən gəlmişik Nazirliyin qarşısına. Bizi buradan göndəriblər Nazirlər Kabinetinə. Orada 2-3 nəfər bizi dinləyib, ərizə yazdırdılar. Sonra oradan yenidən Mədəniyyət Nazirliyinə gəldik”. Günel Novruzova deyir ki, iştirakçıların bir tələbi var: "İşimizə bərpa olunmaq. Bu qədər müəllimi birdən-birə işdən azad etmək olmaz”. Qeyd edilir ki, musiqi məktəblərində sertifikasiya imtahanı Mədəniyyət Nazirliyi tərəfindən keçirilib. Sertifikasiya imtahanlarının xeyli sayda müəllimi işsiz qoyduğu bəllidir. İkinci imtahan - ikinci şansı da dəyərləndirə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Bu da müəllimlərin narazılığına səbəb olur. Hətta məhkəməyə müraciət edən müəllimlər də var. Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.
Sertifikasiya imtahanlarına salınan tapşırıq və suallar və onlara verilən cavablar açıqlanmalıdırmı? Şəffaflıq olarsa, müəllimlərin, həqiqətən də, suallara nə dərəcədə düzgün cavab verib-vermədiyi aydın olar, ballar da real hesablanar, o zaman şikayətə də yer qalmaz. Lakin uzun illərin pedaqoji təcrübəsinə malik müəllimlərin restifikasiyaya cəlb edilməsi və “1-2 suala görə” işdən azad edilmsəni haqsızlıq hesab edənlər çoxdur.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, sertifikasiya imtahanları Elm və Təhsil Nazirliyi tərəfindən bir neçə ildir keçirilir. İlk vaxtlar müəyyən narazılıqlar olurdu, amma son illərdə məsələ həllini tapdı. Sertifikasiya imtahanları müəllimlərin əməkhaqqına da birbaşa təsir göstərir:

- Digər qurumlara, məsələn, Mədəniyyət Nazirliyinə tabeli incəsənət, musiqi məktəbləri müəllimlərinin də sertifikasiyaya cəlb edilməsi bu prosesin davamıdır. Məqsəd daha keyfiyyətli təhsilin təmin edilməsidir. Hesab edirəm ki, düzgün və müsbət addımdır. Orta ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən sertifikasiya imtahanlarında müəllimlərin vəziyyəti maksimum diqqətə alındı. 60 yaşdan yuxarı müəllimlərə əlavə şans verildi, başqa alternativ iş təklif olundu. İncəsənət, musiqi məktəblərinin müəllimləri üçün də bu şərtlər diqqətə alınmalıdır. İmtahanlarda müəyyən nöqsanlar, çatışmazlıqlar ola bilir, narazılıqlar olur. Müəllimlərin apelyasiya şikayəti vermək hüququ var. Bu, musiqi müəllimlərinin ilk imtahanıdır. Ola bilsin təcrübələri kifayət etmir. Bu, həm də fərdi xarakterli ola bilər. Əgər müəllim hesab edirsə ki, imtahanın nəticələri biliyinə uyğun yekunlaşmayıb, apelyasiya şikayəti verə bilər. İmtahanın gedişində, sualların tərtib olunmasında səhvlər ehtimal edilirsə, bunlar da araşdırılmalıdır ki, texniki səhvlərdir, yoxsa proqramdan kənar suallar olub. Hər halda bu qədər müəllim etiraz edirsə, məsələ ciddi şəkildə araşdırılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm