
Ekspert: Narkotik vasitə istifadə edən sürücüləri polisə xəbər verin!
09:04 14.02.2024
Sosial
442
Vətəndaşlar özləri də bu kimi halların qarşısının alınmasında təşəbbüs göstərməlidir
Sürücülük hüququ olmadan avtomobil idarə edən narkotik aludəçisi ifşa olunub.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, BDYPİ-nin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb. Belə ki, Neftçala rayon sakini Araz Abdullayevin idarə etdiyi “Jiquli” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda xidmət edən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Bununla yanaşı, sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə və araşdırma zamanı Araz Abdullayevin narkotik maddə qəbul etməsi, eləcə də, eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması müəyyən edilib.
Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan Araz Abdullayev məhkəmənin qərarı ilə 30 gün müddətində inzibati qaydada həbs edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun "Sherg.az"a sözlərinə görə, son zamanlar sürücülər arasında da bu kimi halların artması müşahidə edilir:

“DYP əməkdaşları sürücüləri saxlayıb, yoxlamalar aparır, bu kimi halları aşkar edirlər. Vətəndaşlar özləri də bu kimi halların qarşısının alınmasında təşəbbüs göstərməlidir. Narkotik vasitə istifadə edən sürücüləri üzə çıxarmaq, polisə xəbər vermək lazımdır. Bu, çox vacib məsələdir. Narkotik qəbul edib yola çıxmaq, bütün hərəkət iştirakçılarını təhlükəyə atmaq deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region