
Görünməyən təhlükə: Kədərli, depressiyaya düşmüş ata görən uşaqların psixologiyası alt-üst olur
Yusif Nəzərli
04:27 25.04.2025
Sosial
383
Atanın pis davranışının nəticələri açıqlanıb. Əgər atada olan depressiyaya diaqnoz qoyulmasa və ya müalicə olunmazsa, bu, uşaqlar üçün sosial və davranış baxımından mənfi nəticələrə səbəb ola bilər. Bu fikirlər "Rutgers" Sağlamlıq Təşkilatının yeni araşdırmasının “American Journal of Preventive Medicine”də dərc olunan məqaləsində qeyd edilib.
Alimlər "Ailələrin Gələcəyi və Uşaq Rifahı Tədqiqatı" təşkilatlarının məlumatlarını təhlil edib.
5 yaşında atalarını daim kədərli, depressiyaya düşmüş görən uşaqların növbəti illərdə çəkingən, narahat, təşvişli və qəzəbli olma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olub. Bu uşaqların 9 yaşındakı davranışları müəllimlərinin sorğulara verilən cavablara əsasən formalaşdırılıb.
Məlum olub ki, uşaq bağçasına gedən zaman atalarının depressiyasına məruz qalan uşaqlarda 9 yaşında davranış problemləri və zəif sosial bacarıqların olma ehtimalı xeyli yüksəkdir.
Maraqlıdır, ata depressiyası uşaqlarda hansı psixoloji və davranış nəticələrinə səbəb ola bilər?
Ata depressiyası və onun uşaq inkişafına təsirindən danışan psixoloq Aytac Həsənova “Sherg.az"a deyib ki, uşaq psixologiyasının formalaşmasında valideyn davranışları çox vacib rol oynayır. Xüsusilə uşaq atayla emosional bağ qurmaqda çatışmazlıq yaşayırsa, bu, onun emosional, sosial və davranış inkişafına ciddi təsir göstərə bilir:

“Ata depressiyası çox vaxt ailədaxili münasibətlərdə görünməz təsir yaradır. Bu yalnız şəxsin özünü deyil, onunla emosional və sosial bağlı olan insanları – xüsusilə də kiçikyaşlı uşaqları dərindən təsirləndirə bilər. Uşaqların psixi inkişafı prosesində ata fiquru mühüm rol oynadığından, onun depressiv halları aşağıdakı təsirlərə səbəb ola bilər.
Erkən yaşlarda uşaqlar atasının emosional durumuna qarşı çox həssas olur. Uşağın özünü dəyərsiz hiss etməsi, qorxu və təşvişlə yaşaması bu emosional boşluğun nəticəsi ola bilər. Bu səbəbdən ailələrdə ataların psixoloji rifahı uşağın sağlam inkişafı üçün prioritet sayılmalıdır.
Uşaqlar çox vaxt valideynlərinin davranış və duyğu reaksiyalarını model kimi qəbul edir. Atanın üzərində daimi görülən narahatlıq, ümidsizlik kimi duyğular uşaq tərəfindən normal bir duyğu halı kimi qəbul edilə bilir.
Ata uşaqlar üçün emosional sabitlik simvoludur. Uşaq onun narahat, depressiv halda olmasını davamlı gördükdə, daxili güvən duyğusu zəifləyir. Bu da sosial fobiyaların, çəkingənliyin, təşviş hallarının artmasına yol açır”.
Psixoloqun sözlərinə görə, kiçik yaşlı uşaqlar çox vaxt yetkinlərin duyğu halını "mənimlə bağlıdır" deyə qavrayır. Atanın kədərli olması uşaqda günahkarlıq hissi formalaşdıra bilir: “Davamlı stress atmosferində böyüyən uşaqların sinir sistemi daim hərəkətdə olur. Bu da nevroloji narahatlıqların, yuxusuzluğun, diqqət pozuntularının yaranmasına səbəb olur. Nə edilməlidir sualına gəldikdə isə psixoloji dəstək vacib şərtdir. Ata depressiyaya uğrayırsa, ilk növbədə onun psixoloji yardım alması təmin olunmalıdır.
Ata-uşaq münasibəti üzərində işlənilməli, terapiya, spoyler oyunları, ortaq vaxt keçirmə kimi metodlarla ata-uşaq emosional bağı gücləndirilməlidir.
Kütləvi informasiya vasitələrində atalıq rolu, mental sağlamıqla bağlı maarifəndirmə tədbirləri artmalıdır. Uşaqların sağlam psixoloji inkişafı bütün cəmiyyətin rifahı üçün vacibdir. Ataların duyğu dəstəyi almaları bu inkişafda çox mühüm rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə