Hakimliyə namizədlər test imtahanı verəcək
Yusif Nəzərli
07:33 26.01.2024
Sosial
400
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ayrılmış əlavə hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir.
Məhkəmə-Hüquq Şurasından verilən xəbərə görə, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
Ətraflı
İmtahanın keçirilməsi vaxtı, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.
Qeyd edək ki, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilmiş, 245 namizəd isə hazırda seçimin digər mərhələlərindədir. Hazırda növbəti imtahan üçün sənəd qəbulu davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya