Hamı sevindi: Nəhayət, biləcəyik ki, sahibsiz heyvanlarla bağlı hara müraciət etmək lazımdır
01:11 01.05.2025
Sosial
561
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılır. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Qərara əsasən, publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiqlənib.
Bildirilib ki, Mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti həyata keçirir.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Şərq”ə açıqlamasında yeni qayğı Mərkəzinin yaradılması haqqında qərarın imzalanmasını müsbət hal adlandırdı:
- Bu, çox sevindiricidir. Nəhayət, biləcəyik ki, sahibsiz heyvanlarla bağlı hara müraciət etmək lazımdır. Yoxsa, bilmirdin hara zəng edəsən, kimə deyəsən. Sanitariya və texniki təmizlik idarəsi vardı, məsuliyyəti atırdılar üzərlərindən, deyirdilər, heç bir vasitəmiz yoxdur, maliyyə yoxdur, sahibsiz heyvanları toplaya bilmirik. Qayğı Mərkəzi fəaliyyətə başlasa, vətəndaşlar da rahat olacaq, sahibsiz heyvanlar da sahiblənəcəklər. Bilirsiz, insanlar çox vaxt şikayət edir, itlər üstümüzə hücum çəkdi, qapdı, dişlədi, deyə. Quduzluğa tutulanlar da olub, çox təəssüf. Bunun səbəbi heyvanların nəzarətsiz qalması, nəzarətsiz bir şəkildə populyasiya prosesinin getməsidir. Küçə itləri, pişiklər konkret bir qurum tərəfindən nəzarətə götürülsə, vaxtlı-vaxtında peyvəndlər vurulsa, populyasiyanın qarşısı alınsa, küçələrdə bu qədər sahibsiz it olmaz. İnsanlar üçün təhlükə yaranmaz.
L.Əlizadə qeyd etdi ki, sahibsiz heyvanlar quduzluğa, digər yoluxucu xəstəliklərə qarşı mütləq peyvənd olunmalı, qulaqlarına birka taxılmalı, lazım gəldikdə axtalanmalıdırlar:
- Ancaq bu yolla sahibsiz heyvanların çoxalmasının və insanlara zərər verməsinin qarşısını almaq olar. Nəzarət olmayanda, peyvəndlər edilməyəndə sahibsiz heyvanlar təhlükəyə çevrilir. Qayğı Mərkəzi paytaxt və şəhərətrafı ərazilərdə təmizlik işləri aparmalı, sahibsiz heyvanların toplaşdığı yerləri müəyyən edib orada iş aparmalıdır. Heç bir halda söhbət bu heyvanların öldürülməklə zərərsizləşdirilməsindən gedə bilməz. Bu, qeyri-insani, qeyri-humanist addımdır. O itlər, pişiklər ancaq uyğun vasitələrlə tutulub xüsusi mərkəzdə peyvəndlənməlidir və təhlükəsiz bir şəkildə yenidən təbiətə buraxılmalıdır. Törəmənin qarşısı isə axtalanma ilə alınmalıdır. Bu üsulla biz sahibsiz heyvanların çoxalmasının qarşısını ala bilərik.
L.Əlizadə qeyd etdi ki, insanların sahibsiz heyvanlara qarşı soyuqqanlığı onu narahat edir: - Təhlükəni ancaq sahibsiz itlər törətmir. Elə insanlar var, itə, pişiyə sahiblənir, hətta baha qiymətə alırlar cins itləri, pişikləri. Bir müddət sonra isə küçəyə ötürürlər. Saxlamırlar, baxmırlar. İnsan bir canlını necə küçəyə qova bilər, anlamıram. Küçə itləri səbəbsiz yerə insanlara hücum etməz. Ya onları hirsləndirir, qıcıqlandırırlar, ya da ac olurlar, ona görə hücum çəkirlər. Son zamanlar sahibsiz heyvanlara sahib çıxanlar, onları yemləyənlər çoxdur. İDEA təşkilatı bu işdə öndədir. Ancaq bu da çıxış yolu deyil. Sahibsiz heyvanlarla kompleks şəkildə iş aparılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə