
İnsanın şəxsi məkanına girməmək şərti ilə kameralardan istifadə məqsədəuyğundur -Rəşad Rza
10:26 16.02.2024
Sosial
443
“Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir”. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir. Daxili İşlər Nazirliyi tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur: “Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir. Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar”.
Məsələyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, kameraların quraşdırılması təhlükəsizlik baxımından effektivdir, ancaq insanın azadlıq hüququnun pozulmasına gətirib çıxarır:

"Evlərin içərisində kameraların yerləşdirilməsi düzgün deyil və buna ehtiyac yoxdur. Küçələrdə, mağazalarda, şəxsi mənzillərin küçəyə baxan kameraları mərkəzləşdirilib Daxili İşlər Nazirliyi ilə birgə bağlanması daha doğru qərar olar. Bu zaman giriş-çıxış mərkəzdən idarə ediləcək və təhlükə baş verdikdə qarşısını rahatlıqla almaq mümkün olacaq. Kameraların qoyulmasında ilkin məqsəd cinayyətdən sonra cinayyətkarın aşkarlanmasıdır. Artıq inkişaf etmiş ölkələrdə bu vasitə cinayyətlərin qarşısının alınması üçün istifadə edilir. Ona görə də obyektin daxilində də kameralar yerləşdirilir. İnsanın şəxsi məkanına girməmək şərti ilə kameralardan istifadə məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm