
İntihar halları artıb: Gənclər niyə zəiflik göstərirlər? -RƏY
09:56 10.03.2025
Sosial
412
Bakıda dəhşətli hadisə baş verib.
"Qafqazinfo" xəbər verir ki, martın 8-də saat 13 radələrində 2013-cü il təvəllüdlü Yəzdan Pənah Atila Purya yaşadığı İ.Həmidov küçəsindəki çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, son vaxtlar uşaqların həyat tərzi, xüsusən də psixikasında baş verən dəyişikliklər nəinki valideynləri, həmçinin bütövlükdə cəmiyyəti narahat etməkdədir:

“İntihar hallarının sayı getdikcə artmaqdadır və onların sırasında yeniyetmələr, gənclər üstünlük təşkil edir. Bəs nədən bəzi yeniyetmə və gənclər belə zəiflik-acizlik göstərirlər? Əgər biz bu gün intiharların baş verməsində daha çox valideyinləri günahlandırırıqsa, onda belə anlaşılır ki, bəzi valideyinlərin özlərinin psixoloji problemləri var və övladlarına düzgün tərbiyə verməməsi belə faciələrə səbəb olur. Valideyn hər zaman mənəvi olaraq övladının yanında olduğunu hiss etdirməli, lakin lazım gəldikdə isə onu sərbəst buraxmağı da bacarmalıdır.Övlada valideyn nəzarəti müəyyən yaş dövrünə qədər lazımdır. Nəzarət o demək deyil ki, bəzi qadağalar qoyasan, cəza verəsən, döyəsən, zor tətbiq edəsən, evdən bayıra buraxmayasan, əksinə, belə olan halda uşaq o qadağaların əksini etməyə meyilli ola bilər. Nəzarəti də sakit, təmkinlə, kənardan izləməklə elə etmək lazımdır ki, uşaq hiss etməsin. Övladının oturub-durduğu dostları ilə maraqlanmağı, hansı saatlarda harada olmasını bilməyi və asudə vaxtını necə, kiminlə keçirməsini bilməsi kifayət edər. Sərbəstlik dedikdə kiminsə ağlına təhsil, seçim azadlığı gəlir, kiminsə əxlaq, geyim və s. Sərbəstlik uşağın sözü rahat deməsi, istədiyi ixtisası seçməsi, qərarlarında sərbəst olması və.s kimi amillərdə vacibdir. Biz böyüklər onlara daim dəstək göstərməli və yardımçı olmalıyıq.Gəncləri düzgün tərbiyə etməklə bərabər düzgün istiqamətə yönləndirməkdə hər birimizin rolu böyükdür. Axı onlar bizim gələcəyimizdir. Dünyanın hər yerində intiharların qarşısının alınması istiqamətində tədbirlər düşünürlər. Bizlər də birlikdə bu faciələrin qarşısını almaq üçün,daha da artmamasını önləmək naminə həlli yollarını tapmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət