
İslama görə qeyri qanuni doğulan uşaqların günahı yoxdur -İlahiyyatçı
09:28 12.03.2025
Sosial
327
Uşaqların 15%-i nikahdan kənar doğulur.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Taliyə İbrahimova bildirib ki, bu məsələ bizi düşündürməlidir: “Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talassemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var. Qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik”.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, İslam dinində evlənmə gərək razılıq və halallıqla olsun:

“Həmçinin nikah, yəni kəbin şərtləri tam olmalı və əqd oxunmalıdır. Nikahdan kənar doğumların bəzilərində səbəb nikah qeydiyyatına düşmədən evlənənlər də ola bilər. Ancaq evlənmədən yaranmış münasibətlərdən də doğulanlar çoxdur. Bununla bağlı tədbir görmək üçün pozğun verilişləri, əxlaqsız adamları efirdən yığışdırmaq lazımdır. İslam dininə görə qeyri qanuni doğulan uşaqların günahı yoxdur, amma onların valideyni günahkardır. Bununla bağlı maarifləndirmə aparılmalıdır. Elə adamlar dinimizi də normal bilmir. Əgər bilsəydilər zinadan uşaq dünyaya gətirməzdilər. Bütün sonrakı nəsli bic hesab oluna bilər. Buna ictimai qınaq və nəzarət də olmalıdır. Digər tərəfdən bəlkə biri evlənə bilmir, maddi imkanı, işi yoxdur gedib kənarda kimdənsə uşaq dünyaya gətirir? Bunun sosial səbəbini də axtarmaq lazımdır. Hər bir halda ildə müxtəlif məbləğdə dövlətdən maddi vəsait alan ictimai birliklər, təşkilatlar var ki, formal olaraq yalnız pul yemək üçündür. Əslində bu kimi problemlərə qarşı onlar təbliğat, maarifləndirmə aparmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət