Narkomaniya ilə mübarizədə birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir -Sosioloq
11:03 21.04.2025
Sosial
409
Bu ilin yanvar-mart aylarında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2325 fakt qeydə alınıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin1 ton 908 kq 958,14 qramını marixuana, 137 kq 897, 45 qramını heroin, 50 kq 206,512 qramını tiryək, 30kq 759,3 qramını həşiş, 21kq 101,767 qramını digər narkotik vasitələr və 56 kq 086,613 qramını psixotrop maddələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 2174 ədəd metadon, 15 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 58 milyon 539 min AZN kimi qiymətləndirilir.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, narkomaniya ilə mübarizə hər zaman kompleks bir yanaşma və total, hərtərəfli həll tələb edir:
“Yəni bu yalnız hüquq mühafizə orqanlarının və dövlətin iştirakı ilə yox, həm də cəmiyyətin hər bir fərdinin fəal iştirakı ilə həll olunası bir məsələdir. Əlbəttə ki, hər şeydən öncə narkotiklərin yayılmasının qarşısını almaq üçün preventiv tədbirlər ön planda olmalıdır. Bu məqsədlə gənclər arasında məktəblərdə, universitetlərdə QHT-lər tərəfindən narkotiklərə qarşı hərtərəfli maarifləndirmə kampaniyaları keçirilməlidir. Gənclərin müsbət fəaliyyətlərə cəlb olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial layihələrin təşviq edilməsi də vacibdir. Digər tərəfdən, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının sahəsi deyil. Bu məsələyə tibb işçiləri, psixoloqlar, sosial işçilər, hüquqşünaslar və hətta ictimai fəallar da daxil olmalıdır. Son tədbir olaraq isə narkotik ticarətinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının gücləndirilməsi, sərt qanunların tətbiqi və narkotik maddələrin istehsalına qarşı beynəlxalq əməkdaşlığın artırılması vacibdir. Ancaq unutmamalıyıq ki, narkomaniya ilə mübarizə təkcə cəzalandırma yolu ilə həll edilə bilməz, bu həm də insanların sosial, iqtisadi və psixoloji vəziyyətini yaxşılaşdıracaq tədbirlər görməklə mümkündür. Bu yolda bütün dövlət strukturlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və həmçinin media qurumlarının birgə fəaliyyəti böyük əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm