Ombudsman 2023-cü il üzrə məruzəsini təqdim edib
Yusif Nəzərli
06:22 27.02.2024
Sosial
374
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2023-cü il üzrə məruzəsi hazırlanıb.
Ombudsman Aparatından verilən xəbərə görə, cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
İllik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.
İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2024-cü ilin 27 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.
2023-cü il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya