Ombudsman Aparatı asılılıqla mübarizə mərkəzlərində monitorinqə başladı
Yusif Nəzərli
08:02 01.05.2025
Sosial
390
Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib.
Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyət proqramına uyğun olaraq narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün “Parlaq həyat” və qadınlar üçün “Womens rehab” mərkəzlərində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinqlər keçirilib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqlərin məqsədi bu mərkəzlərdə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq olub.
Adıçəkilən mərkəzlərdə reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi İşçi Qrupun üzvləri tərəfindən əsas araşdırma predmeti olub.
Monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.
İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzlərin rəhbərliyinə təqdim edilib, müvafiq tövsiyələr verilib. Reabilitasiya Mərkəzlərində Ombudsmanın “916” Çağrı Mərkəzinin lövhələrinin mövcudluğu və pasiyentlərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Monitorinq zamanı müəssisələrdə fəaliyyətin təşkili və göstərilən reabilitasiya xidmətləri ilə bağlı narahatçılıq doğuran bir sıra məsələlər müşahidə edilib. Məsələ Ombudsmanın diqqət mərkəzindədir və bununla əlaqədar olaraq reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm