
Psixoloq: Uşaqların telefondan çox istifadəsi akademik uğursuzluğa səbəb olur
13:00 07.02.2024
Sosial
530
Demək olar ki, əksəriyyətimiz günümüzün böyük hissəsini mobil telefonda xərcləyirik. Təəssüflər olsun ki, son zamanlar bu artıq uşaqlarda da dəb halını alıb. Kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz internetə daxil olaraq oyun oynayır.
Bu zaman validenlərdə belə bir sual yaranır. Uşaqları telefon asılılığından necə xilas edək?
Məsələ ilə bağlı EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova “Sherg.az”a bildirib ki, texnoloji alətlərin uzun müddət istifadəsi uşaqlarda inkişaf problemlərinə və akademik uğursuzluğa səbəb olur:

"Bu zaman yuxu və iştah pozuntusu, məsuliyyətsizlik yaranır. Bu da dərs müvəfəqiyyətinin aşağı enməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həmçinin sosial mühitdən tez sıxılma, əsəbilik, yorğunluq, aqressivlik, yalan danışmağa meyl etmək, diqqət əskikliyi kimi problemlər də özünü göstərə bilir. Uşaqların texnoloji alətlərdən çox istifadəsinin və ailənin buna icazə verməsinin bir çox səbəbləri vardır. Məsələn, bura ailə ilə vaxt keçirməkdən zövq alınmaması, dostlarının çoxunun virtual aləmdə olması və orada vaxt keçirməkdən həzz almaq, uşaqların həyətə çıxmağına icazə verilməməsi kimi nüanslar aiddir. Aparılan araşdırmalara görə, telefondan istifadənin artması real həyatda edilən fəaliyyətlərin azalmasına səbəb olur və ailə, iş, sosial çevrədə problemlər yaranmağa başlayır. Bundan da uşaqlar neqativ təsirlənirlər. Beləliklə, asılılığa çevrilməməsi üçün fərqindəliyin yaradılması və kontrollu istifadənin təmin olunması gərəklidir. Öhdəsindən gəlmək çətin olduqda isə artıq mütəxəssis dəstəyinə ehtiyac duyulur. Bundan başqa ailə daxili ünsiyyətin artırılması, havada gəzintinin təşkil olunması, uşaqların sosial və idman kimi fəaliyyətlərə təşviq edilməsi, dostlarla geçirilən zamanın artırılması da faydalı gələcək. Texnologiya istifadəsində məzmunun yaşa uyğunluğu gözlənilməli, sərhəd və zaman məhdudiyyəti qoyulmalı və buna əməl edilməlidir. İnternet üzərindən qurulan tanışlıqların təhlükəsi barədə uşaqlarla profilaktik danışıqlar aparılmalıdır. Ən əsası isə erkən yaşlarda uşaqlar texnologiyaya alışdırılmamalıdır ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya