Quru sərhədlərin bağlı qalması turizmə mənfi təsir edib - EKSPERT
Yusif Nəzərli
07:53 20.04.2025
Sosial
482
Göstərici cəmi 3 faizə bərabərdir
Halbuki, Azərbaycanın turizm potensialı ÜDM-in 20-25 faizini təşkil edə biləcək səviyyədədir
Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4,0 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dən - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Şərq”ə açıqlamasında Azərbaycana gələn turistlərin sayının azalması ilə bağlı bir sıra mühüm məqamları vurğulayıb.
Onun sözlərinə görə, 3 əsas istiqamət üzrə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb: “Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub.
Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub.
Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb”.
Ekspertlərin fikrincə, Azərbaycana gələn turistlərin sayının azalması kompleks səbəblərlə bağlıdır. Bu problemlərin aradan qaldırılması üçün viza prosedurlarının sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması, infrastrukturun inkişaf etdirilməsi və qiymət siyasətinin yenidən nəzərdən keçirilməsi vacibdir.
İqtisadçı-ekspert Əkrəm Həsənov da quru sərhədlərin bağlı qalmasının turizmə mənfi təsir etdiyini bildirib. Onun fikrincə, Azərbaycanın turizm potensialı ÜDM-in 20-25 faizini təşkil edə biləcək səviyyədə olsa da, hazırda bu göstərici cəmi 3 faizə bərabərdir. Bu, turizm sektorunun inkişafında mövcud olan problemləri və potensialın tam istifadə olunmamasını göstərir.
Ekspert həmçinin qeyd edib ki, turistlər yeni təcrübələr axtarırlar. Məsələn, əvvəllər Şahdağa gedən turistlər yalnız kanatla kifayətlənirdilər:
“Sonradan əlavə attraksionlar və paraşütlər əlavə olunduqca, bu, turistləri daha çox cəlb etməyə başladı. Turistlərin marağını cəlb etmək üçün turistik obyektlərdə daimi yeniliklər edilməlidir. Hotellərin rəhbərliyi ilə görüşlər keçirərək, "necə etsək qonaqlar bizi seçər?" sualı ətrafında qarşılıqlı tövsiyələr verilməlidir.
Həmçinin də ölkəmizə fərqli ölkələrdən, məsələn, Çin və Hindistandan turistlər cəlb etməyə çalışmalıyıq. Çin turistləri İpək Yolu xətti ilə səyahət etməyi sevirlər və bu potensialdan istifadə etmək vacibdir. Ölkəyə daha çox turist cəlb etmək və artım tempini qoruyub saxlamaq üçün müntəzəm təbliğat vacibdir”.
Əkrəm Həsənovun bu fikirləri, turizm sektorunun inkişafı üçün strateji yanaşmaların vacibliyini göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə