
Sahib Məmmədov: Əmək müqaviləsi bağlandıqda həm dövlət, həm də işə götürən qazanır
12:51 28.04.2025
Sosial
317
2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib.
“APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
M.Musayev bildirib ki,onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir:
“1 mart 2025-ci il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat təşkil edib. Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır”- deyə M.Musayev qeyd edib.
O bildirib ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, işçinin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır:
“Məhz buna görə də, biz Konfederasiya olaraq iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edirik. Hal-hazırda ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb”.
Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov Sherg.az-a söyləyib ki, ölkədə ümumiməşğul əhalinin sayı təxminən 5 milyona yaxındır:

“Təbii ki, bunun içərisində pay torpaq sahəsi olanlarda var. Eyni zamanda özünəməşğul insanlar əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Həmçinin qeyri-formal məşğullar da var. Bunları çıxdıqdan sonra təxminən 1 milyon 900 min nəfərin əmək müqaviləsi mövcuddur. Bu həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həm də Vergi Xidmətinin birgə səyləri nəticəsində qeyri-formal əmək bazarında işləyənlərin formal əmək bazarına keçməsinin nəticəsində baş verib. Digər tərəfdən Qarabağ zonasında yeni iş yerləri açılıb. Hər artım özü ilə bağlı müəyyən müsbət nəticələr gətirir. İşçilər rəsmi işləyir, rəsmi əmək haqqı alır, vergilər ödənir və tibbi sığorta olunur. Buradan həm dövlət, həm də işə götürən qazanır. Hələ ki, bu istiqamətdə çoxlu işlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə