Sertifikasiya imtahanından keçməyən həkimlərin və əczaçıların 6 ay iş yeri və maaşı saxlanılacaq
08:04 25.04.2025
Sosial
320
Sertifikasiya imtahanından keçməyən işçilərin 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Bu halda iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir.
Layihəyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.
Qeyd edilib ki, hazırda iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilməməsi, bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olur. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə qanuna müvafiq dəyişiklik təklif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə