Sosioloq: Dırnaqarası müasirlik və azadlıq uşaqların tərbiyəsini mənfi istiqamətə aparır
12:15 29.04.2025
Sosial
331
Uşaqlar arasında kriminala, narkomaniyaya, zərərli vərdişlərə meyili artır və təhsildən kənarlaşma baş verir
Gəncədə baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə söyüş üstə baş verib.
Belə ki, qətlə yetirilən 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. 30 yaşlı Eyyub Talıbov və 31 yaşlı Osman Nağıyev bıçaqlanma ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Sherg.az-a bildirib ki, son vaxtlar uşaq tərbiyəsində, xüsusilə də şagirdlərin məktəbdə davranışında çox ciddi problemlər mövcuddur:
“Bunun da köklü səbəbləri var. Çünki tərbiyə sistemi iki institut tərəfindən həyata keçirilir. Biri ailə, digəri isə məktəbdir. Son vaxtlar ailədə uşaqların tərbiyə olunmasının başını buraxıblar. Valideynlər, azadlıq, sərbəstlik verin təbliğatına uyaraq uşaqları tamamilə boşlayıblar və istədiklərini edirlər. Əvvəllər məktəbin təlim-tərbiyə funksiyası var idi. Çox təəssüf ki, son vaxtlar təhsildə aparılan əcaib eksperimentlər nəticəsində, dırnaqarası şagirdyönümlü təhsil sistemi deyərək, müəllimlərin və məktəblərin tərbiyə funksiyası əlindən alınıb, yalnız texniki təhsil funksiyası saxlanılıb. Beləliklə, uşaqlar tam əmindirlər ki, onlara hər hansı bir nəzarət, tənbeh yoxdur. Digər səbəb isə ətraf-mühit, qonşular, qohumlar, uşaqların mənfi davranışlarına qarşı reaksiya vermirlər. Əvvəllər daha çox reaksiya verirdilər. Məsələn, hər hansı bir uşaq siqaret çəkəndə dalaşanda böyüklər tənbeh edirdi. Hazırda isə bu məsələlərə heç kim qarışmır. Cəmiyyətdəki dırnaqarası müasirlik, azadlıq uşaq tərbiyəsini mənfi istiqamətə aparır. Bu da uşaqlar arasında kriminala, narkomaniyaya, zərərli vərdişlərə meyili artırır və təhsildən kənarlaşma baş verir. Həmçinin uşaqların oynadıqları kompüter oyunları, baxdıqları mutfilmlər çox aqressiv xarakterlidir. Cəmiyyətdə, məktəbdə və ailədə, uşaqların zərərli vərdişlərə, kriminogen meyllərə qarşı məqamları aradan qaldırılmasa, getdikcə cəmiyyətdə bu problem daha da kəskinləşəcək”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə