
Sosioloq: Ölkəmizdə 4 günlük iş rejiminə keçidin zamanı deyil
12:48 02.02.2024
Sosial
608
Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır.
Artıq Dominikan Respublikasının Əmək Nazirliyi vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi hədəfləyən pilot layihəni işə salıb. Proqram altı ay müddətində sınaqdan keçiriləcək. Bu müddət ərzində pilot layihəyə könüllü olaraq qoşulan şirkətlər iş vaxtının azaldılmasının əmək məhsuldarlığına təsirini qiymətləndirəcəklər.
Qeyd edək ki, son illərdə dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. Bu sırada Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, İngiltərə, Uels kimi ölkələrin adını qeyd edə bilərik.
Sual ortaya çıxır. Bəs, Azərbaycanda 4 günlük iş həftəsinə keçməyə ehtiyac var?
Məsələ ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, hər bir ölkənin iş rejimləri fərqli formadadır:

"Bu da həmin dövlətin əmək bazarı və ehtiyyatlarının vəziyyətinə uyğun tətbiq olunur. Elə istehsalat, xidmət sahələri var ki, burada 4 günlük iş rejiminə keçmək əlverişli deyil. Başqa ölkələrdə olduğu kimi, bizdə də tətbiq olunsun fikirinə qapılmaq yanlışdır. Bunun üçün ciddi ekonomik hesablamalar gərəklidir. Yalnız bu zaman deyə bilərik ki, sistemin tətbiqi uğurlu olacaq, ya yox. Eyni zamanda istehsalat və xidmət sektorunun qiymətləndirilməsi aparılmalıdır. Əslində, bu modelin təşkili strateji, iqtisadi hədəfləri, qarşıda duran vəzifələrlə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda müstəqillik qazandıqdan sonra qarşımızda duran xeyli hədəflər mövcuddur. "Böyük qayıdış"- la bağlı planlar var. Ona görə də ölkəmizdə 4 günlük iş rejiminə keçid zamanı deyil. Çalışmalıyıq ki, əmək bazarında kölgə iqtisadiyyatına son qoyulsun, işçilərin müqaviləsiz fəaliyyət göstərməsi aradan qaldırılmalıdır. Çünki onların qanunları pozulur. İşçilərin iş vaxtından çox işləməsi dayandırılmalıdır. Həmçinin bununla bağlı müvafiq monitorinqlər keçirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi