Türk İnteqrasiya Olimpiadası ilə bağlı mühüm anlaşma: TİO 2026-cı ildə Ankarada keçiriləcək
08:54 18.03.2025
Sosial
394
Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası (TİO) gələn il Türkiyənin Ankara şəhərində təşkil ediləcək.
Sherg.az xəbər verir ki, bu barədə təşkilatçılardan məlumat daxil olub.
Məlumatda deyilir ki, Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan Nəsibə Aydın məktəblərinin sahibi və Direktoru Mirkan Aydın, rəhbərlik etdiyi heyət ilə Bakıda səfərdə olub. Bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüş keçirilib və qonaqlar Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş zamanı, Nəsibə Aydın məktəbləri ilə Hədəf Liseyi arasında qardaş məktəblər memorandumu imzalanıb.
Məlumata əsasən, tərəflər həmçinin, Hədəf Liseyinin təşkilatçılığı ilə keçirilən Türk İnteqrasiya Olimpiadasında Nəsibə Aydın Məktəblərinin tərəfdaş olaraq iştirakı və 2026-cı ildə Ankarada keçiriləcək TİO-nun birgə təşkil edilməsi ilə bağlı da razılığa gəliblər.
Xatırladaq ki, bu ilin Bakıda İkinci Türk İnteqrasiya Olimpiadası keçiriləcək.Qeyd edək ki, Olimpiada iki mərhələdə baş tutacaq:
Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək. Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.
Hazırda İştirakçıların qeydiyyatı davam edir. 13-16 yaş arası Azərbaycanlı məktəblilər, bu (https://forms.gle/LXzqNfYZEmks4vD89) linki istifadə edərək 6 apreldə keçiriləcək birinci turda iştirak edə bilərlər. Bu il keçiriləcək olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın məktəbin iştirak etməsi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol