UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq tədbiri keçirilib
UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq tədbiri keçirilib
Yusif Nəzərli
05:49 17.01.2024
Sosial
461
UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.
APA xəbər verir ki, “Naxçıvan” Universitetinin rektoru dosenr Anar Kazımovun dəvəti ilə UNEC-in tədris üzrə prorektoru dos. Gəray Musayev, Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, UNEC Ekstern mərkəzinin direktoru Zaur Əziz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva “Naxçıvan” Universitetində işgüzar səfərdə olublar.
Nümayəndə heyəti öncə universitetin maddi-texniki bazası, infrastrukturu, imtahan otaqları, tələbə yataqxanası və kitabxana ilə tanış olublar. Həmçinin STEAM komandası ilə görüşərək, tələbələrin bir-birindən maraqlı startap layihələrinin təqdimatını izləyiblər.
Sonra UNEC nümayəndələri universitetin rektoru, dos. Anar Kazımov və inzibati heyətlə görüşüblər. Görüşdə hər iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər, həyata keçiriləcək tədbirlər, eləcə də gələcək perspektivlər müzakirə olunub.
İşgüzar səfər UNEC əməkdaşlarının “Naxçıvan” Universitetinin müvafiq strukturlarında təcrübə mübadiləsi ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya