
"Whatsapp+": insanlar kiberdələduzluğa necə məruz qalıblar?
12:42 26.01.2024
Sosial
549
Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir. Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır.
Bu sözləri texnobloqer Fərid Pərdəşünas öz feysbuk hesabında paylaşıb. Şəxsi bank hesablarının oğurlanmasında əsas boşluq nədən ibarətdir və təhlükəsizliyinin təmin olunması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, vətəndaşların bank kartlarının motifikasiya olunmuş votsap tətbiqinə görə, dələduzluğa məruz qaldığını düşünmürəm:

"Ünsiyyətdə olduğum elə şəxslər var ki, onların monil cihazlarında play-stor rəsmi marketindən kənarda olan tətbiqlərdən istifadə etməyib. Buna baxmayaraq, həmin insanlar gecə saatlarında, yuxuda olarkən bank kartlarından yüksək məbləğdə vəsaitlər tiktok sosyal platformasından çıxarılıb. Mətbuatda və sosyal şəbəkələrdə mütəxəsislər tərəfindən dələduzluğun votsap plusla əlaqəli olduğunu görəndə təəccübləndim. İnsanlar qeyri-leqal proqram təminatından istifadə etməyiblərsə, kiberdələduzluğa necə məruz qalıblar? Digər maraq doğuran suallardan biri də budur ki, kiberhücum edən şəxs niyə məhz, kapital bankı hədəfə alır? Dəqiq araşdırma olmadığına görə,bununla bağlı fikir söyləmək çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya