Jurnalistlər güzəştli ipotekadan nə vaxt yararlanacaqlar?
Yusif Nəzərli
11:37 04.04.2022
İqtisadiyyat
810
Məlum olduğu kimi, bu ilin fevral ayında Baş nazir “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həmçinin jurnalist vəsiqəsinin forması və dəyişdirilməsinə görə ödənişin məbləği ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulurdu.
“Qafqazinfo” hazırda bununla bağlı məsələnin nə yerdə olduğu ilə maraqlanıb, reyestr layihəsinin hazırlanması ilə bağlı Medianın İnkişafı Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan sayta bildirilib ki, hazırda ilkin layihə müzakirə mərhələsindədir: “Media Reyestrinin aparılması qaydalarının, həmçinin jurnalist vəsiqəsi və Media Reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi hazırlanıb və aidiyyəti qurumlarla işçi qaydada müzakirələr aparılmaqdadır. Bu proses yekunlaşdıqdan sonra təkliflər aidiyyəti üzrə təqdim ediləcək”.
Qeyd edək ki, Prezidentin bu ilin fevralında imzaladığı fərmana əsasən, artıq jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər. Sözügedən fərmana əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər dörd faizli ipoteka krediti ala bilərlər. Göründüyü kimi, reyestr hazır olmadığından hələ ki, jurnalistlər bu hüquqdan yararlana bilmirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə