“İlham Əliyevin çıxışı Güney Azərbaycan üçün yeni QAN OLDU"
Yusif Nəzərli
12:55 17.11.2022
Gündəm
688
“Güney Azərbaycan milli hərəkatı son yüz ildir ki, formalaşıb. Amma bunun fəlsəfi, ictimai-siyasi kökləri yüz il öncəyə dayanır. Quzey Azərbaycanda istiqlalımızın təkrar bərpasından sonra, Güney Azərbaycan milli hərəkatı yeni mərhələyə qədəm qoydu. Bu hərəkatın iki təməl sütunu var. Biri Azərbaycançılıq, digəri isə öz etnik kimliyimiz olan türklüyə vurğudur. Sözügedən hərəkat isə bunları nəzərə alaraq, millətimizi maarifləndirir”.
Bunu “Sherg.az”a açıqlamasında Türkiyədə yaşayan Güney Azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili İranın güneyli soydaşlarımıza qarşı təzyiq və təqiblərinə münasibət bikdirərkən deyib:
Onun sozlərinə, görə İran molla rejiminin güney azərbaycanlılara təzyiqləri uzun illərdir, davam edir:
“İctimai-mədəni sahədə fəaliyyət göstərdiyi üçün 10 illərlə həbs edilən və sürgünə göndərilən soydaşlarımız var. Vətən müharibəsinin ardından, Quzey Azərbaycan bölgədə üstünlük qazanmağa başladı. Bu üstünlüyün ardından isə İranın güneylilərə qarşı təzyiqləri çoxaldı. 44 günlük şavaş dönəmində 400-dən çox güneyli soydaşımız həbs edildi və işgəncələrə maruz qaldı.
Onların məhkəmələri hələ də davam edir. Yəni İran Azərbaycanın yüksəlməsinin cəzasını güney azərbaycanlılara kəsir. Amma bu vətən anlayışını bizlərdə daha da gücləndirərək, Güney Azərbaycan milli hərəkatı üçün yeni bir dönüş nöqtəsi oldu. Digər tərəfdən İran fars rejiminin təzyiqləri hələ də davam edir. Onlar bölgədəki məğlubiyyətinin və yanlış siyasətinin acısını güneylilərdən çıxır”.
Analitik qeyd edib ki, Güney və Quzey Azərbaycan xəritədə ayrı olsa da, siyasi prosesləri biri-birindən ayrı olmayıb:
" 2-ci Qarabağ müharibəsində güneylilər gecə-gündüz fəaliyyətdə olaraq, küçələrə axışmışdı. Yəni biz heç bir zaman ayrı olmamışıq. Bu səbəblə də Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların ata ocağıdır. Bunu bütün dünya bilir.
Cənab İlham Əliyevin son çıxışları isə təqdirəlayiq haldır. Doğrudur bəzən deyillər ki, bu çıxış niyə indi olub, daha əvvəl olmalı idi. Lakin mən heç də belə düşünmürəm. Azərbaycan rəhbərinin Güney məsələsini rəsmi görüşlərdə dilə gətirməsi bizim üçün böyük qazanc və tarix boyu apardığımız milli mübarizəmizin bir səmərəsidir. Bir tərəfdə Qarabağ savaşından sonra yüksələn bir Azərbaycan, digər tərəfdə isə iflas etmiş bir rejim ola İran var.
Düzdür Azərbaycanın gücü yüksəkdikcə düşmənlər də artacaq. Ancaq biz bu düşmənlərə qalib gəlmək iqtidarındəyıq. Çünki Prezident İlham Əliyevin çıxışı Güney Azərbaycan üçün yeni bir qan oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm