Çin Rusiyaya ölümcül silahlar ixrac etməyi nəzərdən keçirir
Yusif Nəzərli
09:12 28.02.2023
Dünya
801
Bu, Ukraynanın hərb meydanındakı nisbəti Kremlin xeyrinə dəyişdirə bilər
Qərb-Kiyev ittifaqına qarşı Moskva-Tehran-Pekin oxu formalaşdırılır
Ukrayna Prezidenti Volodimir Zelenski Çinin Rusiya ilə müharibəni bitirmək üçün təklif etdiyi 12 bənddən ibarət sülh sazişinə münasibət bildirib. Zelesnki deyib ki, o, irəli sürülən təklifləri Çinin sülh planı deyil, mövcud vəziyyətlə bağlı düşüncələr hesab edir: "Bunun sülh planı olduğunu düşünmürəm. Mənə elə gəlir ki, Çin sadəcə öz fikirlərini bildirib. Yaxşı ki, Çin Ukraynadakı müharibədən danışmağa başlayıb. Digər sual isə sözlərin arxasında nəyin dayanmasıdır”. Qeyd edək ki, Pekin bundan əvvəl 12 bəndlik sülh təklifi ilə çıxış edib. Lakin Kiyev Çini Rusiyanın müttəfiqi saydığı üçün bu təklifə birmənalı yanaşmayıb. Qərb ölkələri də fərqli mülahizələr səsləndiriblər.
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Avroatlantik məkanın təhlükəsizliyinin Ukraynadakı müharibə səbəbindən ağır təhdid altına düşməsi Çini da cuşa gətirib. Analitik qeyd edib ki, Çinin Ukraynadakı münaqişədə siyasi və praktiki əhəmiyyətini artırmaq üçün aktivləri bir əldə cəmləməsi cəhdi NATO-nun qaydalarına əsaslanan nizamla uyğunluq təşkil etmir: "Münhen Təhlükəsizlik Konfransından sonra Çin amilinin münaqişədəki iştirak səviyyəsinin koordinatlarını müəyyənləşdirməsi bir sıra dərin mətləblərin açarını təqdim edir. Çin Rusiyaya ölümcül silahlar ixrac etməyi ciddi şəkildə nəzərdən keçirir.
Bu, Ukraynanın hərb meydanındakı nisbəti Kremlin xeyrinə dəyişdirə bilər. Qərb üçün ən təhlükəli tərəf Çin dronlarının və ballistik raketlərinin Rusiyaya tədarük edilməsi riskləridir. Beləcə, NATO-nun Ukraynanı, İranın Rusiyanı silahlarla təmin etməsinin davamını Çin gətirir. Yəni Qərb-Kiyev ittifaqına qarşı Moskva-Tehran-Pekin oxu formalaşdırılır. Çin münaqişənin nəticələrinin iqtisadi yekunlarında monopoliya yaratmaq üçün oyunçuluğunu gücləndirməyi zərurət hesab edir, yəni Pekin Moskvanı və Tehranı mühafizə etməyi deyil, onların vasitəsilə özünəməxsus qaydalar qurmağı hədəfləyir. Çin məqsədlərinə çatmaq, yəni münaqişənin mümkün həllindən sonra yaranan iqtisadi mənzərələrdən maksimal qazanclar əldə etmək üçün 12 bəndlik sülh planını da hazırlayıb".
A.Kərimova görə, belə bir planın ərsəyə gəlməsi Çinin Rusiyaya silah verməsi barədə həyəcanlı məlumatlar, bəyanatlar fonunda bir məsələni dəqiqləşdirir:
"Çin ölümcül silahlarla Qərbi qorxudur, məqsədi NATO-nu Ukrayna meydanından geri çəkib. Prosesləri öz sülh planına uyğun tərtib etmək və yarana biləcək nəticələri Rusiya ilə bölməkdir. Hərçənd ki, Çin Xarici İşlər Nazirliyinin açıqladığı 12 bəndlik sülh planının normativləri zahiri cəhətdən qulağa xoş səslənir. Bəndlərin mahiyyəti NATO-nun genişlənmə siyasətinin ziddinədir və Alyansa xəbərdarlıq tonundadır. Çünki təhlükəsizliyə dair Çin baxışı ilə Qərbin mövqeləri bir-birindən uzaqdır. Çinin təklif etdiyi sülh təklifləri uzaqlaşmış mövqeləri bir-birinə yaxınlaşdıra biləcək potensiala malik deyil. Pekin özü bunu yaxşı bilir, ona görə də güc vasitəsilə, yəni Rusiyaya silah ixracını stimullaşdırmaqla Qərbin geri çəkilməsinə çalışıb, özünü üstün mövqelərə çıxarmaq istəyir. Qərb Pekinin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış etmək üçün beynəlxalq etimadının olmadığını əsas gətirərək Çinin sülh planını böyük ölçüdə kənara tullayır.
Beləliklə, Çin Ukraynadakı müharibəni yekunlaşdıra biləcək etibara malik olmadığından onun sülh planı münaqişədə Rusiyanın tərəfini tutan tezislərin inkişaf etdirilməsi kimi şərh oluna bilər. Çin baş verəcəkləri hesablayır, bilir ki, onun Ukrayna müharibəsində Rusiyanın xeyrinə aşkar manevrlər etməsi Pekini sanksiya zərbəsinə tuş gətirə bilər".
A.Kərimov vurğulayıb ki, belə olan təqdirdə, sanksiyalardan yayınmaq üçün ən münbit ölkə Belarusdur:
"Buna görədir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri gözlənilir. Lukaşenko Kremlin təlimatları ilə Rusiya və Çinə sanksiyalardan yayınmaqda kömək etmək vəzifələrini icra etmək məsuliyyətini daşıyır. Çinin sülh tezisləri Ukraynadakı müharibənin danışıqlar yolu ilə nizamlanması üçün ciddi plan deyil və əsasən, NATO tərəfindən rədd edilməyə davam edəcək. Çünki NATO düşünə bilər ki, Çinin sülh planı Rusiya əvəzinə, Ukrayna və Qərbin təqsirkar olduğunu təlqin edir və Rusiyanın müharibəni təşkil etməsini dəstəkləyir. Çin yaranan qeyri-müəyyənlikdən Avropa bazarlarına çıxışı saxlamaq səyləri üçün istifadə edəcək və daha böyük gəlir əldə etmək üçün çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya